İranın nüvə proqramına dair danışıqların müddəti uzadılıb
Tarix: 30.06.2015 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


Ötən həftənin sonunda Vyanada İranın mübahisəli nüvə proqramının dinc məqsədlər üçün istifadəsinə dair danışıqlarda yekun sazişin imzalanması üçün müddətin uzadılması qərara alınıb. İranın növə proqramının dinc məqsədlər üçün istifadəsinə dair yekun sazişin imzalanması üçün danışıqların 30 iyunadək başa çatdırılması nəzərdə tutulsa da, tərəflər danışıqları davam etdirmək və yaxın günlərdə müzakirələri yekunlaşdırmaq niyyətindədirlər.
Danışıqlarda ABŞ-ın dövlət katibi Con Kerri, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və “altılıq” ölkələrinin xarici işlər idarələrinin rəhbər şəxsləri, Avropa İttifaqının təmsilçiləri iştirak ediblər. Dünən danışıqlar ekspertlər səviyyəsində davam etdirilib. Çinin xarici işlər nazirinin müavini Li Baodonq danışıqların gedişi ilə bağlı mətbuata verdiyi açıqlamada bildirib ki, İran və Qərb ölkələri nüvə proqramına dair marafonun finiş xəttindən bir neçə addımlıqdadırlar. Lakin bununla belə o, hələ bir sıra çətin məsələlərin həll edilməli olduğunu da deyib. İranın xarici işlər naziri iyunun 28-də məsləhətləşmələr üçün Tehrana yola düşsə də, ABŞ-in dövlət katibi danışıqların yekununda iştirak etmək üçün Vyanada qalıb. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini danışıqlar prosesini jurnalistlər üçün şərh edərkən əmin olduğunu bildirib ki, hər iki tərəfdə yekun həll üçün əsl siyasi iradə mövcuddur. Danışıqlarda hazırda ciddi müzakirəyə səbəb olan mövzu İranın nüvə və hərbi bazalarında beynəlxalq inspeksiyaların keçirilməsinin şərtlərini müəyyən etməkdir. Qərb ölkələri və İran arasında yekun razılaşma əldə olunduğu təqdirdə 13 ildən bəri davam edən diplomatik müzakirələr sona çatacaq. Qərb ölkələri İrandan nüvə proqramını yalnız dinc məqsədlər üçün istifadə edəcəyini inandırıcı və yoxlanıla bilən zəmanətlər əsasında təsdiq etməyə, İran isə öz növbəsində bu ölkəyə qarşı tətbiq olunan iqtisadi sanksiyaların ləğv edilməsinə nail olmaq istəyir.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Avropa ölkələri Gürcüstandakı vəziyyətdən narahatdır
22.01.2019
Axen sazişi: Almaniya və Fransa ABŞ-a qarşı yeni cəbhə yaratdı
22.01.2019
Уже в феврале будут продавать наушники-переводчик на 20 языков мира
22.01.2019
Senator Harris ABŞ prezidentliyinə namizədliyini rəsmən elan edib
22.01.2019
Praqada “gecə meri” vəzifəsi yaradılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info