“Suriya və regionun digər ölkələri “İslam Dövləti“nə qarşı birləşməlidir”
Tarix: 30.06.2015 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


"Suriya və regionun digər ölkələri "İslam Dövləti" terrorçu qruplaşmasına qarşı mübarizədə birləşməlidir. Rusiya bu ölkələr arasında dialoqun qurulmasına yardım etməyə hazırdır". Bunu Rusiya prezidenti Vladimir Putin dünən Moskvada Suriyanın xarici işlər naziri Valid Müallimlə görüşdə deyib.
"Region ölkələri ilə əlaqlərimiz "İslam Dövləti"nə qarşı mübarizədə bütün güclərin birləşdirilməsinin vacib olduğunu göstərir. Bütün region ölkələri bu terrorçu təşkilatla mübarizəyə öz töhfəsini verməyə hazırdır. Bu, Tükiyəyə də, İordaniyaya da, Səudiyyə Ərəbistanına da aiddir. Ona görə də biz, Suriya da daxil olmaqla terrorçuluqla mübarizədə maraqlı olan bütün dostlarımızı konstruktiv dialoqun qurulmasına çağırırıq. Suriyanı dəstəkləyən dövlətlər arasında konstruktiv münasibətlər inkişaf edir. Qonşular arasında tez-tez və ya hər zaman anlaşılmazlığın yaranması başa düşüləndir, lakin terrorla mübarizədə səyləri sözsüz birləşdirmək lazımdır" - deyə Putin bildirib. Rusiya prezidenti qeyd edib ki, belə koalisiyanın yaradılması sadə məsələ deyil: "Əgər Suriya rəhbərliyi bunu məqsədəuyğun və mümkün hesab edirsə, biz sizi dəstəkləmək üçün hər şey edəcəyik. Region ölkələri ilə olan mehriban münasibətlərimizdən istifadə edib belə koalisiyanın qurulmasına cəhd edəcəyik. Əminik ki, sonda Suriya xalqı qalib gələcək. Bizim siyasətimiz Suriyanı, Suriyahökumətini və xalqını dəstəkləməyə istiqamətlənib və bu siyasət dəyişməz qalacaq".




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunması kimi tarixi missiyanı yerinə yetirib
16.06.2019
Bakıda xeyirxah və səmimi mühit var
16.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən xilas etdi
16.06.2019
Türkiyə dünyanın bütün regionları ilə münasibətlərini inkişaf etdirmək istəyir
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasnı qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10807

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info