Azad Rəhimov: “17 gün ərzində hər gün medalla xalqımızı sevindirdik”(Yenilənib)
Tarix: 30.06.2015 | Saat: 01:20:00 | E-mail | Çapa göndər


“Bağlanış mərasimi göstərdi ki, insanlarımızın ürəkləri sevinclə doludur, biz bütün dünyaya yaxınıq”. Bunu “Bakı-2015” Avropa Oyunları Əməliyyatlar Komitəsinin (BAOƏK) baş icraçı-direktoru Azad Rəhimov deyib. Gənclər və idman naziri Avropa Oyunlarının yekunu ilə bağlı dünən “Hilton” oteldə keçirilən mətbuat konfransında fikirlərini bu sözlərlə davam etdirib:
“Bu müddət ərzində çox gözəl ifadə xatırlamaq istərdim. Xaricdən gələn mütəxəssislər bir söz işlədiblər. Bu, axırıncı, amma sonuncu konfrans deyil. Çünki gələcəkdə yenə böyük tədbirlərimiz olacaq. Media bu günlərdə bizimlə bir yerdə oldu. Bu möhtəşəm tədbiri geniş şəkildə işıqlandırdınız. Buna görə, sizə təşəkkür edirəm. Bu günlərdə Azərbaycanı, xalqı, idmanı sevən insanlar kövrəlirlər. Çünki son gündür. Minlərlə qonaqlar ölkəni tərk edir. Aeroportdan da zəng vurub, təşəkkür edirlər. Təyyarəyə minən anda belə, zəng vururlar. Bu, hamımızın əməyinin nəticəsidi. Bütün dünyaya Azərbaycanı gözəl ölkə kimi təqdim edə bildik. Bu, idmanın, ölkənin, xalqın böyük təntənəsi idi. Komandamız misilsiz nailiyyətlər qazandı. Mən gözləmirdim ki, komandamız bu Oyunlarda 56 medalla, 21 “qızıl”la ikinci yeri tutacaq. Ölkə Prezidenti bütün idmançıları, məşqçiləri təbrik etdi, onlara mükafatlar təqdim etdi. Ən böyük mükafat isə bizim liderimiz Mehriban xanım Əliyevanın təltif olunması idi. Cənab Saymon Kleq də "Dostluq" ordeni ilə təltif edildi. 17 gün ərzində hər gün medalla xalqımızı sevindirdik. Bakı sakinləri də bu səyləri yüksək qiymətləndirdilər. Bütün zallarımız yarışlar boyu tamaşaçılarla dolu oldu. Bu da bizi çox sevindirdi. Bütün Avropa Olimpiya Komitələri Bakıya inandılar və biz də o etimadı doğrultduq. Bu gün bayram bitir. Çox istərdik ki, Azərbaycan belə bayramları tez-tez yaşasın”. Daha sonra nazir jurnalistlərin suallarını cavablandırıb. Nazir, “Qərb mətbuatı Azərbaycanın nailiyyətini bir çox ölkələrin əsas idmançılarla gəlməməsi ilə əlaqələndirdi. Bununla bağlı nə deyə bilərsiz?” sualını belə cavablandırıb: “Su idman növlərində Azərbaycana güclü idmançı gəlməmişdi. Amma gənclər arasında dünya rekordu yeniləndi. Yəni, zəif idmançı dünya rekordu qıra bilməz. 16 idman növündən 12-si lisenziya xarakterli idi. Bu fürsətdən heç bir idmançı imtina etməz. 12 idman növündə ən güclülər gəlmişdi. 100-dən artıq Olimpiya və dünya çempionu bu Oyunlarda iştirak etdi. Təəssüf ki, Mingəçevirdə bir gümüş medal qazandıq. Amma həmin yarışda 21 dünya və Olimpiya çempionu iştirak edib. Bunu deyənlər bəlkə də, heç bir dəfə də yarışa baxmayıb. Bu yarışa baxan belə fikirdə olmaz. Bəzi qüvvələr bu Oyunların səviyyəsini alçaltmağa, boykot etməyə, saytlarımızı sındırmağa, açılış mərasimi zamanı saytı dağıtmağa çalışdılar. Normal insan belə şeylərə cəhd etməz. O insanların başlarında çatmır ki, belə yollara əl atıblar”. “Bakı-2015” I Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq “Dostluq" ordeninə layiq görüldüyünə görə təşəkkür edib. Baş direktor yekunlarla bağlı məlumat verib: “BAOƏK-in 2500-ə yaxın heyəti bu 30 ay ərzində səylə çalışdı. Onların hamısı çalışdı ki, məqsədə nail olsunlar. Onların işləri möhtəşəm idi. Təşkilat Komitəsinin işi bəzi hallarda sərt oldu. Onlar istənilən yerdə bu təcrübədən yararlanacaqlar. Media da yeni tədbirə gəlmişdi. Sizin sadiq dəstəyiniz nəticəsində bu Oyunlar möhtəşəm keçdi. 12 min 500-dən artıq könüllü və məşəl qoruyucuları var idi. Hamı onlarla təmasda oldu. Hər gün əllərindən gələni etdilər ki, Azərbaycanın adını ucaltsınlar. Açılış mərasimi bənzərsiz nailiyyət idi. Amma Azərbaycan heyətinin nailiyyəti olmasaydı, həmin təəssürat yaranmazdı”. Kleq federasiyalara və tamaşaçılara da təşəkkür edib.
Baş direktor bəzi idman növlərinin Olimpiya idman növlərinə salına biləcəyini istisna etməyib: “12 idman növündə lisenziya almaq mümkün idi. Qeyri-olimpiya növlərinə gəlincə, onlarda da gözəl yarışlar oldu. Onlara diqqəti cəlb etmək üçün imkan yarandı. Düşünürəm ki, onlar üçün bu, bir addım olacaq. 2020-ci ildə onların Olimpiya idman növü kimi qəbul olunması mümkündü”. Kleq Avropa Oyunlarının gələcəyi haqda da fikirlərini açıqlayıb: “Oyunlar Avropa idman cəmiyyəti üçün böyük uğur oldu. Bu, Avropa Olimpiya Hərəkatı üçün gözəl fürsətdir. Biz idman təqvimində özümüzə yer tapmalıyıq. İdmançılar bu yarışdan xoş təəssüratla ayrıldılar. Getdikcə daha güclü idmançılar cəlb etmək lazımdır. Bu da yayımın diqqətini artıracaq”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info