“Oyunlarda belə möhtəşəm qələbə qazanacağımızı heç kəs gözləmirdi”
Tarix: 30.06.2015 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Bakıda keçirilən I Avropa Oyunlarında ümumi komanda hesabında ilk yeri tutan Rusiya komandası iyunun 29-da axşam saatlarında Moskvaya qayıdıb. Rusiyalı idmançıları Şeremetyevo hava limanında Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov, gənclər və idman nazirinin müavini Pavel Kolobkov, idmançıların ailə üzvləri, valideynləri, yerli və xarici KİV nümayəndələri və yüzlərlə azarkeş ordusu qarşılayıb.
İdmançıların qarşılanma mərasimində çıxış edən ROK prezidenti Aleksandr Jukov Bakıda keçirilən Avropa oyunlarında ümumi komanda hesabında qələbə qazanan Rusiya yığmasının Rio-de-Janeyroda keçiriləcək olimpiya oyunlarında da qələbə qazanacağına ümid etdiyini söyləyib: "Bizim yığma komandamız Avropa oyunlarına gedəndə, bilirdik ki, idmançılarımız güclüdür və güclü komandamız var. Lakin belə möhtəşəm qələbə qazanacağımızı heç kəs gözləmirdi. Fikrimcə, bu gün Rusiyanın Avropada ən güclü ölkə olduğuna heç kəsin şübhəsi yoxdur. Demək olar ki, bütün idman növlərində möhtəşəm nəticə göstərildi. Bir ildən sonra Rio-de Janeyroda Olimpiya Oyunları keçiriləcək. Sizin güclü rəqibləriniz olacaq. Lakin belə komanda ilə biz qələbəyə ümid edə bilərik.
Olimpiadada başqa idman növləri də var, avropalı idmançılardan başqa amerikalı və çinlilər çox güclü komandadırlar. Olimpiada artıq başqadır, bu yarış başqa iqlim şərtlərində keçiriləcək. Lakin fikrimcə, bizim komanda Rio de Janeyroda da güclü olacaq".
Jukov Bakıda keçirilən yarışlarda rusiyalı idmançıların, demək olar ki, bütün idman növlərində medallara iddiaçı olduğunu qeyd edib: "Əlbəttə ki, mən Bakıda keçirilən yarışlarda iştirakımızdan çox razıyam. Üzgüçülük üzrə yarışan gənc idmançılardan çox razıyam. Rusiyanın çox yaxşı perspektivi var. Çalışacağıq ki, Rio de Janeyroda da uğurlu iştirak edək".
Qeyd edək ki, iyunun 12-28-də keçirilən I Avropa oyunlarında Rusiya 79 qızıl, 40 gümüş və 45 bürünc qızıl medal qazanmaqla 164 medalla ümumi komanda hesabında birinci yeri tutub. İkinci yeri 21-i qızıl olmaqla 56 ədəd medalla Azərbaycan, üçüncü yeri isə 18-i qızıl olmaqla 47 medalla Böyük Britaniya tutub.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
İran Fars körfəzi dövlətləri ilə hücum etməmək haqqında müqavilə imzalamağa hazırdır
26.05.2019
Viqen Akopyan: “Paşinyan komandasında təsir rıçaqını əldə etmək üçün mübarizə gedir”
25.05.2019
Türkiyənin təhlükəsizlik qüvvələri PKK-nın Qara dəniz düşərgəsini ələ keçiriblər
25.05.2019
Serj Sarkisyan gizlicə Koçaryanla görüşüb
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info