Hər şey Vətən üçün
Tarix: 30.06.2015 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək” İctimi Birliyi tərəfindən “Hər Şey Vətən üçün” adlı layihə icra olunmaqdadır. Layihə çərçivəsində Bakı və Sumqayıt şəhərlərindən sonra 27 iyun 2015-ci il tarixində Quba şəhərində növbəti təlim silsiləsi keçirilmişdir. Təlimləri giriş sözü ilə Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev və “Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək” İctimi Birliyinin sədri açaraq iştirakçıları salamlamış və qloballaşan dövrümüz üçün vətənpərvərlik tərbiyəsinin düzgün qurulmasının xüsusi əhəmiyyətini vurğulamışlar. Daha sonra Gənclər Fondu barədə iştirakçılara məlumat verilmişdir. Təlim zamanı gənclərə Vətanpərvərlik anlayışı, Vətənpərvərlik işinin təşkilində cəmiyyətin və fərdlərin rolu, vətənpərvərliyin dəyərlər sistemində rolu, hərbi çağırışa qədər psixoloji hazırlıq nece qurulmalı və vətanpərvərlik tərbiyəsi aşılanma istiqamətləri üzrə təlim keçmişdir. Təlimin sonunda iştirakçılara təlimin sertifikatları verilmişdir. Xatırladaq ki, layihənin keçirilməsində məqsəd gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, vətənpərvərlik işinin təşkili və təbliği üsulları aşılamq, çağırış yaşına çatmış gənclərin hərbi xidmətə həvəsləndirilməsi istiqamətində maarifləndirmə işinin təşkili üsullarını öyrətməkdir.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Nazir: “Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb”
24.09.2018
Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib
24.09.2018
TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların 97 faizi qaynaqlanıb
24.09.2018
Yanvar-avqust aylarında sərnişin daşınmasında 1,3 faiz artım olub
24.09.2018
Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info