“Təmiz Şəhər“in təşkil etdiyi yay məktəbinə qəbul yekunlaşıb
Tarix: 30.06.2015 | Saat: 19:48:00 | E-mail | Çapa göndər


IDEA İctimai Birliyinin dəstəyi və Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin əməkdaşlığı ilə “Təmiz Şəhər” ASC-in ADA universitetində təşkil edəcəyi 4 günlük yay məktəbinə müraciət müddəti bitib
“Təmiz Şəhər”dən verilən məlumata görə, hazırda “0 Tullantı” adlı düşərgəyə göndərilən anketlər üzrə seçim işləri aparılır. Bu mərhələni keçən gənclər müsahibəyə dəvət olunacaqlar.
İyulun 21-24-də baş tutacaq maarifləndirici kamp tullantıların ətraf mühitə vurduğu ziyan, qida tullantılarının azaldılması, ekoloji layihələrin idarə olunması sahələrində gənclərin bilik və bacarıqlara yiyələnməsi məqsədi ilə keçirilir.
Yay məktəbi çərçivəsində gənclər tərəfindən ətraf mühitin qorunmasına töhfə verə biləcək layihələrin reallaşdırılması və dəstəklənməsi nəzərdə tutulur. Bununla yanaşı, yay məktəbinin rəngarəng tədbirlər proqramı gənclərin asudə vaxtının birlikdə təşkili, birgə çalışması, müxtəlif tədbirlərin köməyi ilə gənclərin ümumi intellektual səviyyəsinin artırılmasına imkan yaradacaq. Belə ki, yay məktəbində iştirak üçün seçim turundan keçəcək 40 gənc 4 gün ərzində tullantıların idarə olunması mövzusunda təlimlərdə, müxtəlif intellektual oyunlarda iştirak edəcək, bir neçə məlumat turuna qatılacaqlar.

“Təmiz Şəhər” artıq 5 ildir ki, məktəbli və gənclər üçün tullantıların idarəedilməsi və ətraf mühitin qorunması sahəsində müxtəlif mövzulu yay məktəbləri təşkil edir. Şəki, Quba, Lənkəran və Mingəçevir şəhərlərində keçirilmiş yay məktəblərində ümumilikdə 300-dən çox tələbə və gənc iştirak etmiş, bununla da ətraf mühitə öz müsbət töhfələrini veriblər.

İştirakçılar ADA universitetində ətraf mühitlə bağlı əyani işlərlə də tanış ola biləcəklər. Çünki, ADA Universiteti Azərbaycanda, eləcə də Cənubi Qafqaz regionunda LEED (enerji və ətraf mühit dizaynı üzrə liderlik) sertifikatının tələblərinə cavab verən ilk təhsil ocağıdır. Universitetin isitimə və soyutma sistemi bərpa olunan enerji hesab edilən geotermal istilik nasosları vasitəsilə həyata keçirilir ki, nəticədə ADA ildə havaya 1500 kubmetr CO2 daha az buraxır. Universitet həmçinin, “Təmiz Şəhər” ASC ilə tullantıların təkrar emalı üzrə əməkdaşlıq edir və tələbələrdə təkrar istehsal mədəniyyətini formalaşdırır.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info