Rusiya Ollandın təşəbbüsünü zərərli saydı
Tarix: 30.06.2015 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


“Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququnun məhdudlaşdırılması ideyaları ilə razılaşa bilmir”.
“RİA Novosti”nin verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov çıxış edib.
O bildirib ki, BMT sistemindəki süni məhdudiyyətlər dünyada gərginliyin artmasına gətirib çıxara bilər.
“Veto hüququ imtiyaz deyil, qəbul olunan qərarların balanslaşdırılmasının təminatıdır. Biz BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququnun məhdudlaşdırılması ilə bağlı ideyaları zərərli sayırıq. Daimi üzvlərin nizamnamə səlahiyyətlərinin qorunub saxlanılmasına tərəfdarıq, cünki veto hüququnu hansısa üstünlük kimi deyil, böyük məsuliyyət kimi nəzərdən keçiririk”, - deyə o vurğulayıb.
Qeyd edək ki, insan haqlarının kobud pozulması, soyqırımı və digər hallarda BMTTəhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququnun könüllü şəkildə məhdudlaşdırılması təşəbbüsü ilə Fransa prezidenti Fransua Olland çıxış edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info