R. Plevneliyev: “Avropa Oyunları Azərbaycan xalqının böyük uğurudur”
Tarix: 30.06.2015 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


I Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək üçün Bakıda səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Rosen Plevneliyev Mərkəzin üzvlərini qəbul edib. Bolqarıstan Prezidenti tarixdə ilk dəfə baş tutan I Avropa Oyunlarının yüksək səviyyədə təşkilini vurğulayaraq bunu Azərbaycan xalqının böyük uğuru kimi qiymətləndirib.
Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Mərkəzin işini yüksək qiymətləndirən Rosen Plevneliyev xüsusilə bu ilin aprel ayında keçirilmiş III Qlobal Bakı Forumunun artıq dünyanın siyasi toplantılarından birinə çevrildiyini qeyd edib. Bolqarıstan Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin növbəti toplantısını Sofiyada keçirməyi təklif edib.
Toplantıda I Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək üçün Bakıda səfərdə olan Mərkəzin üzvləri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin, Latviyanin sabiq Prezidenti Vayra Vike-Frayberqa, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Bolqarıstan Respublikasının Azərbaycandakı səfiri Maya Hristova və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əməkdaşları iştirak edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info