Azərbaycan şirkətləri növbəti Avropa Oyunlarında tenderdə iştirak edəcək
Tarix: 30.06.2015 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


"I Avropa Oyunlarının yekunları bizi çox sevindirir". Bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rabitə birlik və müəssisələrinin rəhbərlərinin, I Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq və komitənin digər məsul işçilərinin iştirakı ilə I Avropa Oyunlarının başa çatması münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı bildirib: “Həm yayımda, həm telekommunikasiya, internet xidmətlərinin təşkilində, radiotezliklərin qorunmasında, kibertəhlükəsizlikdə böyük problemlərə rast gəlinməyib. Əgər hansısa bir problem olubsa, həmin problemlər tamaşaçılar və iştirakçılar hiss etmədən operativ həll olunub”. O, bildirib ki, bu texnoloji işlərin birinci hesabatıdır. Birinci hesabatda tamaşaçıların, işçilərin gördüyü bir problem olmayıb: "Əslində bu işlərin hamısı texnoloji olaraq avtomatik elektron şəkildə protokollaşdırılır, serverlərdə yazılır. Sonra biz bunları dəqiqəbədəqiqə analiz edəcəyik. İkinci, üçüncü Avropa Oyunları keçirilən zaman telekommunikasiya sahəsində elan olunan tenderlərdə Azərbaycan şirkətlərinin də iştirakına baxılacaq. Hesab edirəm ki, bu tədbir bizə böyük bir təcrübə qazandırıb. Həmçinin Azərbaycan şirkətləri xaricdə tanınıb. Azərbaycan şirkətləri artıq belə tədbirlər keçirilərkən kommunikasiya xidmətlərinin verilməsində iştirak edəcək".
I Avropa Oyunlarında idmançılarımızın qazandığı uğurlar, oyunların möhtəşəm açılış və bağlanış mərasimlərinin dünya ölkələrinə və respublikada yüksək keyfiyyətlə və fasiləsiz yayımının təşkilində Beynəlxalq İdman Yayım Şirkəti ilə yanaşı “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin, “Azərkosmos” ASC-nin və Məlumat Hesablama Mərkəzinin də xüsusi rol oynadığı nazir tərəfindən vurğulanıb.
Tədbirdə çıxış edən S. Kleq I Avropa oyunların telekommunikasiya, internet, yayım xidmətləri, informasiya təhlükəsizliyi ilə təminatında və tezliklərlə təchizatında RYTN-in birlik və müəssisələrinin rolunu xüsusi qeyd edib.
Oyunların keçirildiyi dövrdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aidiyyəti birlik və müəssisələrinin mütəxəssislərinin I Avropa Oyunları Əməliyyat Komitəsinin Texniki Əməliyyat Mərkəzində Komitənin digər əməkdaşları ilə birgə səmərəli fəaliyyət göstərdiyi qeyd edilib.
I Avropa Oyunlarının uğurla keçirildiyi nəzərə alınaraq, oyunların telekommunikasiya və yayım xidmətləri və informasiya təhlükəsizliyi ilə təminatında, radiotezliklərin təchizatında fəaliyyət göstərən bir sıra dövlət və özəl rabitə müəssisələri, I Avropa Oyunları Əməliyyat Komitəsinin və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aidiyyəti rəhbər işçiləri və mütəxəssisləri fəxri fərmanlarla təltif edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info