Avropa mətbuatı Oyunlardan yazmaqda davam edir
Tarix: 30.06.2015 | Saat: 20:25:00 | E-mail | Çapa göndər


İyunun 28-də başa çatmasına baxmayaraq “Bakı-2015” birinci Avropa Oyunları hələ də əksər xarici kütləvi informasiya vasitələrinin diqqət mərkəzində qalmaqda davam edir.
Almaniyanın “sport1” telekanalına müsahibəsində bu ölkənin Olimpiya İdman Konfederasiyasının baş direktoru Maykl Vesper birinci Avropa Oyunları ilə bağlı təəssüratlarını bölüşüb.
“Biz birinci Avropa Oyunları zamanı çox yaxşı təşkilatçılığın və maraqlı yarışların şahidi olduq,” – deyə Maykl Vesper qeyd edib. O bildirib ki, bu Oyunlar hələ uzun müddət müzakirə olunacaq. Yarışlar kifayət qədər ədalətli idarə olundu. Almaniyalı idmançılar da xüsusi fəallıq nümayiş etdirdilər. Təbii ki, indi hədəf Rio Olimpiadasıdır. “Bakı-2015”də qazanılan təcrübə Olimpiya Oyunlarında iştirak edəcək atletlər üçün mühüm əhəmiyyət kəsb edir.
Ukraynanın “uatoday.tv” saytında yayılan məqalədə qeyd olunur ki, birinci Avropa Oyunlarına uğurla ev sahibliyi etməklə Azərbaycan istənilən irimiqyaslı tədbiri keçirməyə hazır olduğunu bir daha sübut etdi. Məqalədə vurğulanır ki, bağlanış mərasiminə biletlərin hamısının satılmasına baxmayaraq, insanlar Bakı Bulvarında quraşdırılmış nəhəng monitordan mərasimi izləmək üçün yığışaraq bu həyəcanı birlikdə yaşayıblar. Vurğulanır ki, Azərbaycan xalqı bu Oyunların Bakıda keçirilməsindən qürur duyur.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info