“Çexin “Arsenal“a keçidinin əleyhinə idim”
Tarix: 01.07.2015 | Saat: 01:13:00 | E-mail | Çapa göndər


"Çexin "Arsenal"a keçidinin əleyhinə idim. Çünki "topçular" bizim İngiltərədə əsas rəqiblərimizdən sayılır.
Bu transferi Xuan Matanın "Mançester Yunayted"ə keçidi ilə eyniləşdirməyin. Çünki Matanın transferinin "Mançester Yunayted"i gücləndirməyəcəyinə əmin idim". Bu sözləri "Çelsi"nin baş məşqçisi Joze Mourinyo Britaniya mətbuatına açıqlamasında deyib. Peter Çexin "Arsenal"a keçidinə münasibət bildirən portuqaliyalı mütəxəssis bu qərarın onun razılığı olmadan verildiyini bildirib: "Çex müqaviləsinin sonuna qədər "Çelsi"də qalmalı idi. Yaxud da onun İngiltərə xaricində bir kluba transfer olması daha məqsədəuyğun sayılardı. Mən İngiltərədə çalışdığım dönəmdə Arsen Venger Premyer Liqa çempionluğu yaşamayıb. Ancaq Çexin transferi ilə onun bu arzusunu gerçəkləşdirmək şansı artıb. Komandanın “axsıyan yeri” qapıçı mövqeyi idi ki, bu boşluğu da Çexlə doldurdular. Əgər növbəti mövsüm "Arsenal" çempion olarsa, hamımız Çexin "topçular"a keçidinə təəssüflənəcəyik. Mən onun transferinə razılıq vermədim. Lakin bu barədə qərar mənim razılığım olmadan qəbul edildi. Hərçənd rəhbərlik olaraq birgə hərəkət edərək komandanın çempion olması haqda düşünməliyik. Karyeramda ən pis gündür. Ümid edirəm ki, bu son səhvimiz olacaq".Qeyd edək ki, Peter Çex ötən gün 11 funt-sterlinq qarşılığında "Çelsi"dən "Arsenal"a transfer olunub




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sumqayıtlı Messi “Beşiktaş”da
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info