“Azərbaycanda voleybola böyük maraq var”
Tarix: 01.07.2015 | Saat: 01:37:00 | E-mail | Çapa göndər


“Çox şadıq ki, Azərbaycanda voleybola böyük maraq var. Bunu yarışlara gələn azarkeşlərdən görmək olurdu Bu bizə böyük dəstək verirdi”.
Bu fikirləri Bolqarıstanın voleybol komandasının üzvi Georgi Bratoev özəl olaraq qəzetimizə açıqlamasında bildirdi. Georgi Bratoev finalda Almaniya komandasına uduzmaqlarına görə təəssüfləndiyini dedi: “Bizim qalib olmağımız üçün şanslarımız çox idi. Amma rəqiblərimiz də çox güclü idi. Komandamız var gücü ilə bu yarışlarda iştirak etdi. Amma təəssüf ki, qızıl medalın bir addımlığında ikən uduzduq. Ölkəmizə gümüş medalla qayıdacağıq”. Bolqarıstanlı voleybolçuya görə, “Bakı-2015”-dən sonra bir çox idman növləri Avropada daha da məşhur olacaq: “İlk Avropa Oyunlarının yarışları mükəmməl keçdi. Xüsusilə açılış və bağlanış mərasimləri çox möhtəşəm oldu. Azərbaycan tarixi bir yarışlara ev sahibliyi etdi. 17 gün ərzində gördük ki, Azərbaycan bu Oyunlara çox yaxşı hazırlaşmışdı. İdman zalları və Atletlər kəndi çox heyrətamizdir. Təşkilatçılıq da çox gözəl idi”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Azərbaycan əleyhinə sifarişlə hazırlanmış bu cür “qətnamələr” gərəksiz kağız parçalarıdır
19.01.2019
1990-cı il 20 yanvar tarixinə keçən gecə Bakıda baş verən cinayətlər cavabsız qalmamalıdır
19.01.2019
Türkiyə xalqı 20 Yanvar faciəsini böyük kədər hissi ilə xatırlayır
18.01.2019
20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info