“Il Giornale”: “ABŞ Avropanı koloniyaya çevirib”
Tarix: 01.07.2015 | Saat: 01:47:00 | E-mail | Çapa göndər


Avropa dövlətləri hakimiyyətsiz, ordusuz və müstəqil qərarlar
qəbul etmək iqtidarında olmayan dövlətlərə çevrilirlər

İtaliyanın “Il Giornale” nəşri yazır ki, Rusiya və Avropa arasında əməkdaşlığa mane ola bilməyən Vaşinqton və onun müttəfiqləri başqa üsullardan yararlanmağa çalışıblar. Onlar Avropa Birliyini Moskvaya qarşı qadağalara sürükləməklə yanaşı, “soyuq müharibə” atmosferi yaratmağa çalışırlar. Böyük Britaniya və ABŞ başqa ölkələri Rusiyaya qarşı qadağalar tətbiq etməyə sövq etməklə yanaşı, NATO qüvvələrini səfərbər edərək, Moskva ilə “soyuq müharibə” atmosferi yaratmağa cəhd edirlər.
Qəribə də olsa, məntiqi bir sual doğur- onlar bütün bunları nəyə görə edirlər? “Il Giornale” nəşrinin məntiqinə görə, bunu ona görə etmirlər ki, Rusiyanın Ukraynaya, Polşaya və ya hər hansı bir Baltikyanı ölkəsinə guya təcavüzü gözlənilir. Nəşrin ehtimalına görə, bunlar sadəcə olaraq rəqibi aradan qaldırmağa hesablanıb. Məqalədə qeyd edilir ki, bütün bunların səbəbi Rusiya ilə Avropa arasında iqtisadi və siyasi birlik yaratmaq istəyi ilə bağlı idi. Rusiya Avropaya təbii resurslar verərək, əvəzində yeni texnologiyalar əldə etməyə çalışırdı. Moskva bu texnologiyalar vasitəsilə bir vaxtlar Sovet İttifaqının tərkibində olan Mərkəzi Asiya ölkələrinin də inkişafına nail ola bilərdi. Nəşrin ehtimalına görə, böyük neft və qaz resurslarına malik olan həmin ölkələr son zamanlar dini radikallaşmaya meyil edirlər.
Lakin, Amerika Birləşmiş Ştatları və Böyük Britaniya buna imkan vermək istəmirlər: “Axı indi “İslam ölkələri və neft” onların biznesidir və bu sahədə özlərinə rəqib görmək istəmirlər”. Avropa ilə Rusiya arasında parçalanma yaratmağa nail olan ABŞ bununla da onların birgə inkişafına əngəl törədib. Bütün bunların nəticəsi kimi, regionda son zamanlar nəzərə çarpan yoxsulluq və siyasi zəifləmə artıq göz önündədir. Nəşrin ehtimalına görə, ingilislər, amerikalılar və onların ərəb müttəfiqləri hazırda özlərini dünyanın sahibi hesab edirlər. Bütün bunlara rəğmən Rusiya hər gün, hər saat inkişafda olan Çinlə müqavilələr bağlayır. Bunların müqabilində Avropa dövlətləri hakimiyyətsiz, ordusuz və müstəqil qərarlar qəbul etmək iqtidarında olmayan dövlətlərə çevrilirlər: “Onlar artıq Yaxın Şərqdən gəlmiş miqrantların intriqaçı koloniyasına çevrilməkdədir və belə görünür ki, bu dövlətlər yaxın zamanlarda İtaliya və Yunanıstan kimi müttəfiq yox, ağır bir yük olacaqlar”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info