Avstraliya parlamentində Avstraliya-Azərbaycan parlament qrupu yaradılıb
Tarix: 01.07.2015 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


Avstraliya Federal Parlamentində 20 nəfərdən ibarət Avstraliya - Azərbaycan parlament qrupu yaradılıb.Azərbaycanın Avstraliyadakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hakimiyyətdəki koalisiyaya daxil olan Liberal Partiyadan Lyuk Simpkins (Luke Simpkins) qrupun sədri, müxalifətdəki Leyborist partiyasından Alan Qriffin (Alan Griffin) isə sədr müavini seçilib.
Parlament qrupuna Avstraliya Leyborist partiyasının nüfuzlu üzvlərindən Entoni Albanez (Anthony Albanese), Lauri Ferqyuson (Laurie Ferguson), Maykl Denbi (Michael Danby), Kler Muur (Claire Moore), Uorren Snoudon (Warren Snowdon), Mariya Vamvakinu (Maria Vamvakinou), hakim koalisiyaya daxil olan Milli partiyanın (National Party) üzvü Con Kobb (John Cobb) və digərləri daxildir.
L.Simpkins, A.Qriffin və C.Kobb bu yaxınlarda Azərbaycana səfər edərək Milli Məclis, Xarici İşlər Nazirliyi, Azərbaycan Dövlət Dillər Universiteti və ADA Universitetində görüşlər keçiriblər və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Avstraliya-Azərbaycan parlament qrupunun yaradılması iki ölkə parlamentləri arasında əməkdaşlığın və ikitərəfli münasibətlərin inkişaf etdirilməsi baxımından əhəmiyyətli addımdır. Milli Məclisdə yaradılmış Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərəf müqabili kimi Avstraliya-Azərbaycan parlament qrupu iki ölkə arasında siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə fəaliyyətə öz töhfəsini verəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ukrayna və İsrail azad iqtisadi zona yaradır
20.01.2019
Terrorçular Malidə BMT-nin düşərgəsinə hücum edərək 8 sülhməramlını öldürüblər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info