Yunanıstan “bataqlıqdan” çıxa bilmir
Tarix: 01.07.2015 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


Ölkə BVF-yə borcunu ödəməyib

Beynəlxalq Valyuta Fondu (BVF) Yunanıstanın təyin olunmuş tarixədək 1,5 mlrd. avronu ödəmədiyini təsdiqləyib.
RBK-nın verdiyi məlumata görə, Yunanıstan Fonda kredit üzrə ödəniş edə bilməyən ilk inkişaf etmiş ölkə olub.
BVF-nun nümayəndəsi Cerri Rays Yunanıstan tərəfindən ödənişin edilmədiyini bildirərək, Fondun İcraiyyə Şurasını bu barədə məlumatlandırıldığını vurğulayıb. Beləliklə, Yunanıstan borcunu ödəməyənədək BVF-nun maliyyə yardımından məhrum olacaq.
Yunanıstanın Beynəlxalq Valyuta Fonduna 1.5 milyard dollar kredit borcunu ödəmək üçün iyunun 30-dək vaxtı var idi.
Xatırladaq ki, Yunanıstan parlamenti böhranla bağlı iyulun 5-də referendumun keçirilməsi barədə qərar verib. Referendumda seçicilər ölkənin kreditorlar tərəfindən irəli sürülmüş şərtləri qəbul edib-etməyəcəyinə münasibət bildirəcəklər.
Bu arada məlum olub ki, borc böhranının həlli üçün Yunanıstan və kreditorlar qarşılıqlı güzəştə getməlidirlər.
TASS agentliyinin verdiyi məlumata görə, bunu BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Xak bəyan edib.
“Biz hadisələrin inkişafını çox diqqətlə izləyirik. Ümidvarıq ki, sonda müsbət nəticələr əldə ediləcək. Bunun üçün tərəflər qarşılıqlı güzəştə getməlidirlər”, deyə F.Xak bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info