13 rayonda uşaqlara və ailələrə günərzi qayğı xidmətləri göstərilir
Tarix: 01.07.2015 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


Cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial xidmətlər üzrə elan etdiyi müsabiqələrdə qalib gələn ixtisaslaşmış vətəndaş cəmiyyətləri tərəfindən hazırda respublikamızın 13 rayonunda çətin həyat şəraitində olan uşaqlar və ailələrinə günərzi qayğı xidmətləri göstərilir. Həmin rayonlar (Astara, Ağsu, Beyləqan, Qazax, Yardımlı, Ağcabədi, Qax, Yevlax, Lənkəran, Tovuz, Bərdə, Quba, İsmayıllı) üzrə ümumilikdə 400 nəfərədək uşaq və ailələri günərzi sosial xidmətlərlə təmin olunur. Bu xidmətlər qeyd edilən uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasına, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsinə yönəlib. Ölkənin 8 rayonunda (Şəmkir, Biləsuvar, Cəlilabad, Xaçmaz, Masallı, Sabirabad, Yardımlı, Şamaxı) isə ƏƏSMN-nin sosial sifarişləri əsasında sağlamlıq imkanları məhdud uşaqlara icma əsaslı sosial reabilitasiya xidmətləri göstərilir.
Bununla yanaşı, nazirliyin sosial sifarişi üzrə uşaqlar arasında əlilliyin qarşısının alınması, sağlamlıq imkanları məhdud uşaqların Portec metodikası ilə sosial reabilitasiyası, belə uşaqlara psixo-sosial dəstəyin, habelə eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlara surdoloji xidmətlərin göstərilməsi, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında idman tədbirlərinin təşkili, onların beynəlxalq yarışlarda iştirakına şərait yaradılması və s. istiqamətlərdə də layihələr icra edilir. Ümumilikdə, qeyd olunan layihələr çərçivəsində 1500 nəfərdən çox sağlamlıq imkanları məhdud və ya çətin həyat şəraitində olan uşaq sosial xidmətlərlə təmin olunub.


İlkin




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info