“Azərbaycan kimi vacib tərəfdaşla bu cür davranmaq düzgün deyil”
Tarix: 01.07.2015 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


Almaniyanın “Die Zeit” qəzetində bu ölkənin Olimpiya Komitəsinin baş direktoru Mixael Vesperin “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı fikirləri yer alıb. M.Vesper Avropa Oyunlarını müxtəlif ölkələrdən olan insanları birləşdirən və onları heyrətləndirən bir hadisə kimi qiymətləndirib. O qeyd edib ki, milli və beynəlxalq idman birliklərinin əsas vəzifələri idman tədbirləri çərçivəsində inteqrasiyanın təşviq edilməsi, ayrı-seçkiliyə qarşı mübarizə aparılması, ekologiyanın qorunması və iqtisadi davamlılığın gücləndirilməsinə nail olunmasıdır. İdman qlobal hərəkatdır və onda hər bir ölkənin öz səsi var. İdmanı siyasiləşdirmək, onu siyasətlə eyni tutmaq olmaz. Çünki idman insanları bir yerə toplamaq və ilhamlandırmaq qüvvəsinə malikdir. Bakıda keçirilən ilk Avropa Oyunları bu missiyanı da uğurla yerinə yetirdi. Bakıda azərbaycanlı və erməni, ukraynalı və rus, kosovolu və serb idmançılarının Atletlər Kəndində bir yerdə qalmaları, məşq etmələri və onların hamısının eyni qaydalara riayət etmələri buna misal kimi göstərilə bilər. Bunu həm də münaqişələrlə dolu olan dünyamıza mesaj kimi qiymətləndirmək olar.
Birinci Avropa Oyunları ərəfəsində Avropa Parlamentində Azərbaycanla bağlı keçirilmiş dinləməyə münasibət bildirən M.Vesper deyib ki, Azərbaycan kimi vacib tərəfdaşla bu cür davranmaq düzgün deyil. Dinləmədə özünün də iştirak etdiyini deyən baş direktor bildirib ki, orada bəzi deputatlar almaniyalı idmançıların Bakıya müəyyən şərtlər daxilində göndərilməsini tələb edirdilər. Lakin Almaniya Avropa Oyunlarında iştirak etdi və bu, düzgün bir qərar idi. Almaniya atletləri Bakıda bu ölkənin bir növ səfirləri qismində çıxış edirdilər. Onlar tolerantlığın, ədalətin rəmzidirlər.
Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin bu ölkə üçün böyük üstünlüyünün olduğunu vurğulayan Almaniya Olimpiya Komitəsinin baş direktoru deyib ki, bu böyük idman hadisəsi Azərbaycanın dünya miqyasında daha çox tanınmasında mühüm rol oynayacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info