“Bəzən turizm obyektlərində kadrların davranışları bizi qane etmir”
Tarix: 01.07.2015 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


"Bizim regionlarda müasir standartlara cavab verən infrastrukturlarımız, turizm obyektlərimiz var. Bu obyektlər hər şeylə təmin olunub. Amma bəzən orada çalışan kadrların müəyyən davranışları bizi qane etmir".
Bunu bu gün Prezident Adminstrasiyasının İctimai-siyasi şöbəsinin sektor müdiri Vüsal Quliyev Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) nəzdində fəaliyyət göstərən "Etika Akademiyası" fərdi inkişaf mərkəzinin təşkil etdiyi "Etika Forumu - 2015" tədbirində deyib.
PA-nın sektor müdirinin fikrincə, bu məsələnin həllində dövlət və kommersiya qurumları sıx əməkdaşlıq etməlidir: "Arzu edərdik ki, onların davranışları maksimum dərəcədə yüksək səviyyədə, həmişə görmək istədiyimiz formada olsun. Bu təkcə "Etika Akdemiyası"nın işi deyil. Burada dövlət qurumları, müxtəlif kommersiya təşkilatları gənclərə dəstək olmalı və birgə əməkdaşlıq etməlidirlər".
V.Quliyev qeyd edib ki, bu baxımdan keçirilən Forumun ciddi əhəmiyyəti var: "Bu Forumun ciddi nəticələrini həm turizm obyektlərində, həm də QHT-lərdə və KİV-lərdə kadrların etik davranış kodeksinin mənimsənilməsində, eyni zamanda, gələcəkdə bu sahədə daha təkmilləşdirilmiş davranış qaydalarının istifadə edilməsində, müzakirələrin aparılmasında görə biləcəyik".
O, Forumun miqyasının genişləndirilməsini və regionları da əhatə etməsini arzuladığını qeyd edib.
Bununla bağlı "Etika Akademiyası"nın rəhbəri Günel İbrahim bildirib ki, bu ilin sonunda Azərbaycanda Regional Etika Forumu, gələn il isə Beynəlxalq Etika Forumu təşkil ediləcək.
Qeyd edək ki, Forumun əsas məqsədi vətəndaş cəmiyyətinin inkişafı, etik prinsiplərin hər sahədə yüksək səviyyədə təbliğinə diqqət yönəltmək və Milli Etiket Ensiklopediyası kitabının ərsəyə gəlməsinə dövlət qurumları, kommersiya və ictimai qurumların dəstəyini verməsidir.
Tədbirdə PA, Milli Məclis, dövlət qurumları, diplomatik korpus, QHT nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, kommersiya təşkilatlarının təmsilçiləri iştirak edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Azərbaycan Amerikan Tibb Assosiasiyası Vaşinqtonda konfrans keçirib
26.05.2019
Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv edib
25.05.2019
İspaniyanın Sevilya şəhərində ilk dəfə məscid inşa olunacaq
25.05.2019
Avropa Liqasının final oyunu ilə bağlı azarkeşlər üçün nəqliyyat pulsuz olacaq
25.05.2019
Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info