Katrina Lantos Svet Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub
Tarix: 01.07.2015 | Saat: 19:45:00 | E-mail | Çapa göndər


Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Din Azadlığı Komissiyasının sədri Katrina Lantos Svet, qurumun üzvləri Katerina Kosman və Daniel Mark Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olublar. Görüşdə qonaqları ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Daniel Slaşer müşayiət edib.
BBMM–dən bildiriblər ki, mərkəzin analitika şöbəsinin müdiri Nəriman Qasımzadə qonaqlara Azərbaycanın multikulturalizm ənənələrinin tarixi-siyasi qaynaqlarından danışıb. Nümayəndə heyətinin üzvləri multikulturalizm dəyərlərinin həm daxildə, həm də xaricdə təbliği ilə bağlı mərkəzin gördüyü işlərlə tanış olublar.
Görüşdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov, Ceyhun Məmmədov, Pənah Cahangirov iştirak ediblər. Etibar Nəcəfov Azərbaycanda dini tolerantlığın dünəni və bu günü haqqında faktiki materiallar əsasında geniş məlumat verib.
Sonda qonaqlarla etiqad azadlığı, multikulturalizm siyasətinin bu məsələlərə töhfəsi ətrafında fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında müvafiq sahədə əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi vurğulanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info