Avtobuslara yeni takoqraf cihazları quraşdırılacaq
Tarix: 30.01.2013 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


Azərbaycanda sərnişin avtobuslarına yeni takoqraf cihazları quraşdırılacaq. Nəqliyyat Nazirliyindən verilən məlumata görə, cihazların ilkin olaraq, beynəlxalq sərnişindaşımada iştirak edən avtobuslara quraşdırılması nəzərdə tutulub. Məlumatda bildirilir ki, Azərbaycanın qoşulduğu beynəlxalq nəqliyyat konvensiyalarının tələblərinə uyğun olaraq beynəlxalq sərnişindaşıma və yükdaşıma ilə məşğul olan nəqliyyat vasitələrində takoqraf cihazlarının quraşdırılması zərurəti ortaya çıxıb. Bir müddət əvvəl Nəqliyyat Nazirliyində bu məsələ həll edilib və sahibkarlara takoqraf kartları verilib. 2013-cü ilin sonunadək “qara qutu” funksiyasını yerinə yetirən cihazların beynəlxalq sərnişindaşıma və yükdaşıma ilə məşğul olan nəqliyyat vasitələrinə quraşdırılması nəzərdə tutulub.
Takoqraf cihazı sürücünün yolda nə vaxt dayanması, sürət həddinin seçilməsi, yürüş məsafəsi və s. kimi qeydləri özündə cəmləşdirən intellektual qurğudur. Bu cihazlar təyyarələrdəki “qara qutu”lar kimi bütün lazımi məlumatları özündə birləşdirir və cihaza kənar müdaxilə etmək qeyri-mümkündür. İnkişaf etmiş ölkələrdə geniş istifadə olunan bu cihazlar müxtəlif vəziyyətlərdə həm sahibkarların, həm də dövlət qurumlarının köməyinə çatır.
Nəqliyyat Nazirliyindən bildirilib ki, bu cihazlar qəzaların azalması, qaranlıq məqamlara aydınlıq gətirilməsi baxımından çox əlverişlidir. Gələcəkdə cihazların ölkə daxilində və Bakıda sərnişindaşıma ilə məşğul olan avtobuslara quraşdırılması da mümkündür.

QORQUD





 
Bölməyə aid digər xəbərlər
22.05.2019
İyunda neçə gün evdəyik?
22.05.2019
İrandan Bakıya “Fokker 100“ təyyarələrinin uçuşu gözlənilir
22.05.2019
Bələdiyyə idarəçiliyində qadınların rolu artacaq
22.05.2019
Gömrük Akademiyasının tələbələri məhkəmə baxışının simulyasiyasını keçiriblər
22.05.2019
Fondun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info