Oyunlar zamanı ölkəyə 28.000 əcnəbi səfər edib
Tarix: 01.07.2015 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


İlk Avropa Oyunlarında Azərbaycana 28.000 əcnəbi səfər edib.
Azərbaycan Respublikası Prezidentinin “Birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” 675 nömrəli 8 avqust 2014-cü il tarixli Sərəncamının tələblərinə əsasən, Xarici İşlər Nazirliyinin üzərinə düşən vəzifələrin, xüsusilə konsulluq və viza təminatı məsələlərinin icrası üçün zəruri tədbirlər görülüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, beynəlxalq ictimaiyyət tərəfindən Avropa Oyunlarına göstərilən yüksək marağın göstəricisidir ki, Oyunlarda iştirak etmək üçün ölkəmizə səfər etmiş əcnəbilərin sayı 28.000 nəfərdən artıq olub.
Birinci Avropa Oyunlarında tamaşaçı qismində iştirak etmək üçün ölkəmizə səfər etmiş əcnəbi vətəndaşlara bilet və ya biletin alınmasını təsdiq edən sənəd əsasında Oyunların açılışına 10 gün qalmışdan başlayaraq 2-28 iyun tarixlərində Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən operativ qaydada viza rəsmiləşdirilməsi həyata keçirilib.
Avropa Oyunlarında tamaşaçı qismində iştirak etmək üçün bilet alan əcnəbilər sırasında Rusiya Federasiyası, Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Almaniya, Hollandiya, İtaliya, İsveçrə, İspaniya, ABŞ və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üstünlük təşkil ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Ramil Usubov İranda səfərdədir
24.09.2018
Prokurorluğun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans
24.09.2018
Azərbaycanlı qızlar Süni İntellekt üzrə Təhsil Düşərgəsində iştirak ediblər
24.09.2018
Ehtiyat zabit hazırlığı kursu üçün qəbul elan edilib
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info