“Reuters” Naftalana həsr edilmiş reportaj yayımlayıb
Tarix: 01.07.2015 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


“Reuters” agentliyi saytında Naftalan Sağlamlıq Mərkəzi haqqında video-reportaj yerləşdirib. Müəllifi jurnalist Elli Park olan reportajda deyilir ki, enerji ehtiyatları ilə zəngin olan Azərbaycanda yerli sakinlər bu resursların bütün üstünlüklərindən istifadə edirlər: “Naftalan Sağlamlıq Mərkəzi müştərilərinə istifadə təcrübəsi VI əsrə dayanan neft vannaları təqdim edir”.
Reportajda Azərbaycana xüsusilə bu prosedurlardan istifadə etmək üçün gələn avstraliyalı turist Sebanın fikirləri də yer alıb: “Xoş hisslərdir. Temperatur adi vannada olduğu kimidir. Teksturasına görə, şokolada oxşayır. Kifayət qədər isti, ağrısızdır və elə də pis iyi yoxdur”.
Müəllif həmçinin qeyd edib ki, naftalan adlanan neftin tərkibində müalicəvi xüsusiyyəti olan naftalin üzvi birləşməsi var.
Reportajda sağlamlıq mərkəzinin əməkdaşı Həşim Həşimov prosedur barəsində danışıb: “Naftalan hər şeyi – virus, bakteriya və göbələkləri öldürür. Naftalan nefti unikal və təmizdir, tərkibində heç bir palçıq yoxdur”.
Reportajın sonunda neft vannalarının 70-ə yaxın xəstəliyin müalicəsində istifadə oluna biləcəyi vurğulanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
Britaniya bu gün İrana qarşı sanksiyalar elan edə bilər
21.07.2019
ABŞ-ın dövlət katibi Türkiyəyə “S-400“ sazişindən məyusluğunu bildirib
20.07.2019
İstanbulda keçirilən əməliyyat zamanı 217 cinayətkar saxlanılıb
20.07.2019
ABŞ-da isti hava altı nəfərin ölümünə səbəb olub
20.07.2019
23 avqustda İran enerji birjasında neft satacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info