Gənclər günü əsgərlərlə qeyd edildi
Tarix: 30.01.2013 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il
07 iyul tarixdə imzaladığı “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”
Dövlət Proqramının 6.2.4. (Hərbi xidmətdə olan gənclərin
mənəvi-psixoloji durumunun yüksəldilməsinə və asudə vaxtın səmərəli
təşkilinə kömək məqsədi ilə hərbi hissələrdə müxtəlif tədbirlərin
keçirilməsi) yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Gənclər və
İdman Nazirliyi tərəfindən orduda xidmət edən gənclərin asudə vaxtının
təşkili, onların mənəvi-psixoloji və fiziki hazırlığının yüksəldilməsi
məqsədi ilə hərbi hissələrdə ali və orta ixtisas təhsili
müəssisələrinin tələbələri və yaradıcı gənclərinin iştirakı ilə
mütəmadi olaraq görüşlər keçirilir.
Növbəti belə görüşlərdən biri də bir qrup ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrindən, yaradıcı gənclərdən ibarət heyətin iştirakı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə Goranboy rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə keçirildi.
Tədbirin keçirilməsində əsas məqsəd, cəbhə bölgəsində xidmət edən
gənclərin mənəvi-psixoloji durumunun yüksəldilməsinə və asudə
vaxtlarının səmərəli təşkilinə kömək etmək idi. Görüş zamanı hərbi hissədə xidmət edən əsgər və zabit heyəti qarşısında yaradıcı və istedadlı tələbələrin iştirakı ilə konsert proqramı təşkil edilib, hərbi xidmətdə fərqlənən bir qrup gizir və əsgərə Gənclər və İdman Nazirliyinin diplom və xatirə hədiyyələri təqdim edilib.
Tədbirdə Gənclər və İdman Nazirliyinin sektor müdiri E.Hüseynov,
Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini E.İsmayılov, “N”
saylı hərbi hissənin komandiri Q.Abbasov, Goranboy Rayon Gənclər və
İdman İdarəsinin rəisi E.Həsənov habelə respublikada fəaliyyət
göstərən ali və orta ixtisas təhsili müəssisələrinin bir qrup fəal
tələbəsi də iştirak ediblər.
İLKIN




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info