“Eurasianet.org”: “Ermənistanda yüzlərlə vətəndaş həbsdədir, jurnalistlərə qarşı zorakılıqlar edilib”
Tarix: 01.07.2015 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


“Etiraz aksiyaları Sərkisyan üçün çoxbaşlı əjdahaya çevrilib”

Üç həftədir davam edən Ermənistanda kütləvi etiraz aksiyaları, nədənsə, uzun müddət Qərb mediasının diqqətini cəlb etmədi. İndiyə qədər başları Azərbaycandakı ilk Avropa Oyunlarına qarışan, ölkəmizdə sifarişli bir şəkildə “qara” axtarmağa çalışan Qərb media qurumları Ermənistanda kütləvi şəkildə insan haqlarının pozulmasını, həmişə olduğu kimi, bu dəfə də görməzdən gəldilər. Nəhayət, etiraz aksiyalarının getdikcə böyüməsi, erməni müxalif saytlarının, sosial şəbəkələrin bu etirazlarla bağlı xəbərlərlə, zorakılıqları sübut edən fotolarla dolması, həmin Qərb KİV-ini bu barədə həyəcanlı yazılar yazmağa və süjetlər hazırlamağa vadar edib.
Məsələn, Böyük Britaniyanın “The Guardian” media qurumu Ermənistanı ağuşuna alan və üç həftədir davam edən etiraz aksiyaları barəsində maraqlı məqamlara toxunub. Bununla bağlı yazıda qeyd edilir ki, elektrik enerjisi qiymətlərinin qaldırılmasına görə üç həftədir çəkən etirazlar hökumətin yağlı vədlərinə baxmayaraq, sakitləşmir: “Əsasən gənclərdən ibarət olan minlərlə erməni İrəvanda prezident sarayını əhatəyə alaraq küçələrdə qalmaqdadırlar. Həmçinin, müxtəlif səviyyələrdə etiraz aksiyaları Gümrü, Vanadzor, Qafan və Sisyan rayonlarını bürüyüb.
“Eurasianet.org” yazır ki, müstəqil analitik Saro Saroyan qeyd edir ki, İrəvanda elektrik enerjisinə görə başlayan etiraz aksiyaları Serj Sərkisyan üçün çoxbaşlı əjdahaya çevrilib. Bu əjdahanın bir başını vurursan, yerindən dərhal yenisi çıxır. Əslində bu, iyunun 27-də bir sıra etirazçıların Sərkisyanın tariflərlə bağlı subsidiya təklifini qəbul etməsində də özünü göstərdi. Bundan sonra etirazlar daha da alovlandı və əsas etirazçı kütləsi küçələrdə qalmağı seçdi.
“Eurasianet.org” tərəfindən o da qeyd edilir ki, yüzlərlə vətəndaş həbs edilib və jurnalistlərə qarşı zorakıqlar edilib, onların cihazları sındırılıb: “Dinc və silahsız insanlara qarşı su topundan(şırnağından) yararlanılması insan haqları qruplarının ittihamlarına səbəb olub”.

“Ermənilər küçələrdə öz etirazlarında qərarlı olsalar da, ictimai struktur və mexanizmlər qərar qəbuletmədə inkişaf etməlidir. Hətta Sərkisyan istefaya getsə belə, problemlər həll edilməyəcək. Çünki belə struktur və səviyyə ilə gələcəkdə yeni Sərkisyan doğulacaq. Bu ondan irəli gəlir ki, problem daha dərindir”

Saroyan qeyd edib ki, etiraz aksiyaları vətəndaşların bir neçə ildən bəri keçirdiyi, minlərlə insanın mütəşəkkil olaraq bir araya gəldiyi ilk aksiyadır: “Çox böyük olmasa da, mütəşəkkil aksiyadır və vətəndaşlar öz haqları uğrunda milli mübarizə aparırlar”.
32 yaşlı psixoloq, etirazçı Anuş Badalyan deyib ki, biz çörəyi talonla alan nəsilik, heç nədən qorxmuruq. Siyasi analitik Ruben Mehrabyan isə bildirib ki, hələ ki indiki hakimiyyətə alternativ güc olmasa da, hər şeyin dəyişəcəyini istisna etmək olmaz: “Hər şey irəlidədir”.
Demokratik Mərkəz uğrunda Əməkdaşlıq təşkilatının başçısı Stepan Danielyan deyib ki, etirazlar məyusluqlara səbəb ola bilər: “Ermənilər küçələrdə öz etirazlarında qərarlı olsalar da, ictimai struktur və mexanizmlər qərar qəbuletmədə inkişaf etməlidirlər. Hətta Sərkisyan istefaya getsə belə, problemlər həll edilməyəcək. Çünki belə struktur və səviyyə ilə gələcəkdə yeni Sərkisyan doğulacaq. Bu ondan irəli gəlir ki, problem daha dərindir”.
Etiraz aksiyalarının əsasında hakimiyyətin özünə hardan gəldi biznes həmkarları axtarıb tapmaq ənənəsi dayanır: Bu baxımdan Ermənistanın elektrik şəbəkəsi Kremlə sıx bağlı olan “Inter RAO” adlı Rusiya şirkətinə məxsusdur.
O da qeyd edilir ki, etiraz nümayişçiləri həm də “Transparency International Armenia”nın həmin şirkətin 450 milyon-dramlıq (təxminən 600,000 funt-sterlinq) bahalı və dəbdəbəli maşınlar alması ilə bağlı məruzəsindən hiddətləniblər.

İlkin AĞAYEV






 
Bölməyə aid digər xəbərlər
15.06.2019
Gürcüstanın təbii qaza olan ehtiyacının 97 faizi Azərbaycanın hesabına təmin olunur
14.06.2019
“1in.am”: “Rəsmi İrəvanın son addımları Moskva tərəfindən qəbul edilmir”
14.06.2019
Krasnoyarskdakı Azərbaycan diasporu Rusiya Gününü qeyd edib
14.06.2019
Əfqanıstandakı “FETÖ” məktəbləri Türk Maarif Fonduna təhvil verildi
13.06.2019
«ArmenianReport»: ”Görünür ki, biz artıq Fransanı da itirmək ərəfəsindəyik”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info