BAOƏK tərəfindən ATGTİ-yə təşəkkürnamə təqdim edilib
Tarix: 01.07.2015 | Saat: 21:24:00 | E-mail | Çapa göndər


12-28 iyun 2015-ci il tarixlərində baş tutmuş “Bakı-2015” I Avropa Oyunlarının təşkil olunmasında, onun təbliğində və könüllülərin oyunlara cəlb olunmasında göstərdiyi fəaliyyətə görə Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına (ATGTİ) təşəkkürnamə təqdim edilib.
Təşəkkürnamə Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Mərasimlər şöbəsinin direktoru Katerin Uqvu tərəfində ATGTİ-nin sədri Şahin İsmayilova təqdim olunub. Təşəkkürnamədə ATGTİ-nin əməkdaşlarının doqquz ay boyunca I Avropa Oyunlarının təşkil olunmasında, açılış və bağlanış mərasimlərinin uğurla keçməsində göstərdiyi fəaliyyət yüksək qiymətləndirilib və ATGTİ-nin “Bakı-2015” I Avropa Oyunlarının bir parçası olmasından qürur hissi duyulduğu qeyd edilib.
Xatırladaq ki, ATGTİ “Bakı-2015” I Avropa Oyunları çərçivəsində tələbələr arasında sorğu keçirmiş və bu sorğunun nəticəsi olaraq böyük könüllü kütləsinin toplanması mümkün olmuşdur. Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsi ilə ATGTİ-nin əməkdaşlığı çərçivəsində ən kütləvi tədbirlərdən biri də Heydər Əliyev Mərkəzinin önündə keçirilmiş flaşmob olmuşdur. Flaşmobda altı mindən çox tələbə-gənc Bakı Avropa Oyunlarının loqosu və Azərbaycan bayrağının təsvirini yaratmışdır. Oyunların təbliği üçün müxtəlif ali və orta ixtisas təhsil müəssisələrində Bakı 2015 Avropa Oyunlarının təqdimatları təşkil edilmiş və Tələbə Gənclər Təşkilatları təhsil müəssisələrində oyunlarla bağlı yaradılmış komitələrin işinə fəal şəkildə cəlb olunmuşdur. ATGTİ eyni zamanda açılış və bağlanış mərasimlərinə cəlb edilmiş könüllülərlə işin aparılmasına da öz töhfəsini vermişdir.
Qeyd edək ki, yekunda oyunların təşkil olunmasında iştirak edən hər bir könüllüyə ATGTİ və Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsi tərəfindən hazırlanmış “Könüllülük pasportu” təqdim edilməsi də nəzərə tutulur.

Tural




 
Bölməyə aid digər xəbərlər
27.05.2019
Əli Şamilin 70 illik yubileyinə həsr olunmuş toplantı keçirilib
27.05.2019
Britaniya səfiri: “Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər geniş təcrübəyə malikdir”
26.05.2019
Azərbaycan Amerikan Tibb Assosiasiyası Vaşinqtonda konfrans keçirib
26.05.2019
Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv edib
25.05.2019
İspaniyanın Sevilya şəhərində ilk dəfə məscid inşa olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info