“Bakı-2015” ilk Avropa Oyunları hər kəsin qibtə ilə baxdığı bir tədbir oldu”
Tarix: 01.07.2015 | Saat: 22:41:00 | E-mail | Çapa göndər


Tolqa Özgənc: “Bu, Türkiyə üçün də çox vacib idi”
Müsahibimiz Türkiyənin Anadolu Agentliyinin Asiya Qafqaziya Bölgə təmsilçisi Tolqa Özgəncdir:


- Tolqa bəy, “Bakı-2015” ilk Avropa Oyunları ilə əlaqədar Anadolu Agentliyi bu yöndə hansı işlər apardı?
- Sualınıza cavab verməzdən əvvəl, “Bakı-2015” ilk Avropa Oyunları Azərbaycan xalqı üçün xeyirli olsun deyirəm. Səmimi-qəlbdən təbrik edirəm. Əslində bir cümlə ilə desək, Azərbaycan bu tədbirdən alnıaçıq çıxdı. “Bakı-2015” ilk Avropa Oyunlarının bağlanış mərasimindən də bunu görmək olur. Əlbəttə ki, bu işdə istər maddi cəhət, istərsə də böyük zəhmət çəkildiyinin şahidiyik. Sözsüz ki, “Bakı-2015” ilk Avropa Oyunları Türkiyə üçün də çox vacib idi. Çünki qardaş ölkə beynəlxalq səviyyədə tədbir hazırlayırsa, təbii ki, bu, bizi də maraqlandırmalı və narahat etməli idi. Şükürlər olsun Allaha, hər kəsin qibtə ilə baxdığı bir tədbir oldu.
Əlbəttə ki, Anadolu Agentliyinin ilk Avropa Oyunları ilə əlaqəli, bu yöndə ilk işi təbliğat xarakterli və dünyaya eşitdirmə məqsədi ilə xəbərləri hazırlamaq oldu. Mərhələ-mərhələ, hansı işlər görüldü, hazırlıqların hansı səviyyədə aparılması yönündə xəbərlər hazırladıq. Anadolu Agentliyi olaraq 8 dildə geniş şəkildə dünyaya xəbərlər çatdırdıq. Bu işi Anadolu Agentliyinin bütün imkanları çərçivəsində apardıq.
Biz ilk Avropa Oyunlarını Türkiyədən geniş müxbir və fotomüxbirlərlə izlədik. Türkiyədən 10, Anadolu Agentliyindən isə 2 müxbir “Bakı-2015” ilk Avropa Oyunlarına akreditasiya olundu. Vəzifəm olaraq, mən də əlbəttə ki, iştirak etdim. 12 nəfərlik heyətimizlə hər gün bütün növ idman oyunlarını izlədik. Sadəcə, türk idmançılarının iştirak etdiyi yarışları deyil, türklərin yarışmadığı digər xalqların idman oyunlarından da xəbər hazırlayırdıq. Bu xəbərlər türk dilində idi, daha sonra, qeyd etdiyim kimi, 8 dilə çevrildi. 40 ölkədəki abunəçilərimizə 8 dildə ilk Avropa Oyunlarının təşkilatlığı ilə əlaqəli və idman yarışları haqqında xəbərlər yayımladıq. İlk Avropa Oyunları boyunca fotomüxbirlərimiz tərəfindən 4217 fotoşəkil çəkildi. 450-ə yaxın xəbər yayımladıq. Siz bu rəqəmləri 8-ə vurun, çünki həmin xəbərlər 8 dilə çevrilib və yayımlanıb. Rus dilində Bakıda tərcümə edilir. Digər dillərə isə Ankara, İstanbul, Tunis, Böyük-Britaniya, Amerika və başqa ölkələrdə olan şöbələrimizdə xəbərlər tərcümə edilib, beynəlxalq mediada yayımlanır. Biz bu xəbərləri sadəcə fotoşəkillə deyil, videogörüntülərlə də zənginləşdirdik.

“Oyunların xəbər yayımı çox uğurla həyata
keçdi”


Səmimi danışsaq, “Bakı-2015” ilk Avropa Oyunlarının xəbər yayımı bizim sahəmizdə çox uğurla həyata keçdi. Bizim məqsədimiz idi ki, Anadolu Agentliyi olaraq, “Bakı-2015” ilk Avropa Oyunlarına bir töhfə bəxş edək və bu töhfəni bəxş etdiyimizdən də əminik. Bu mövzuda biz agentlik olaraq çox rahatıq. Bundan sonra Azərbaycanda təşkil olunacaq bütün tədbirlərdə də əlimizdən gələni edəcəyik.
- Sizin fikrinizcə, “Bakı-2015” ilk Avropa Oyunları Avropa üçün, dünya üçün nə kəsb edir?
- “Bakı-2015” ilk Avropa Oyunları ilk olduğu üçün hər kəsi bir neçə sual narahat edirdi. Bu Oyunların məqsədi nədir? Beynəlxalq idman tarixində bu Oyunlar hansı yerdə qərar tutacaq? Bundan sonra bu tədbir bir daha keçiriləcəkmi? Bu suallar Azərbaycanın göstərdiyi fəaliyyətlərlə cavabını tapdı. 100 illərdir ki, olimpiya oyunları, dünya kuboku təşkil edilir. Ancaq bu ilkdir. Əlbəttə ki, Azərbaycan beynəlxalq əlaqədə belə bir tədbiri təşkil edə biləcək gücə malik olduğunu sübut etdi. Bu səbəbdən də “Azərbaycan Avropa Oyunlarının standartını təyin etdi” - fikrini deyə bilərik. Bununla da Azərbaycan türk və müsəlman bir ölkə olaraq, ən əsası isə gənc cümhuriyyət olaraq öz gücünü göstərə bildi.
Beynəlxalq arenada bu tədbir davam edəcəksə, Bakı standartları ilə davam edəcək. Məncə, “Bakı 2015” ilk Avropa Oyunlarının ən böyük anlamı budur.
- “Bakı-2015” ilk Avropa Oyunları sizin düşüncələrinizdə daha necə öz əksini tapıb?
- Əslində mən bu tədbirin təşkil olunduğu zaman kənardan izləyən biri deyildim. 2 ildir Bakıda yaşayıram. Bir tərəfdən də baxsaq, buralı sayılıram. Nəticədə bu ölkə mənim də sayılır. Bir türk olaraq, Türkiyə və Azərbaycan arasında heç də fərq görmürəm. Tədbirin təşkilində olan uğurlar bizim də qibtə ilə baxmağımıza səbəb oldu. Hər şey planlaşdırıldığı kimi həyata keçdi. Biz daha əvvəl bildiyimiz üçün tədbirin təşkil edən məsul şəxslərlə görüşdük, onlar haqqında xəbərlər hazırladıq. Tədbirin proqramını və necə təşkil olunduğunu bilirik. Əks heç bir şey olmadı. İlk başda, Avropa mətbuatının burada qüsur tapmağa çalışacaqları üçün çox narahat idik. Onların məqsədi başqa idi. İnanın ki, onlar belə heç bir qüsur tapmadı. Pis niyyətlə gələn mətbuat işçiləri belə, əliboş qayıtdılar.
- Anadolu Agentliyinin Azərbaycan mətbuatı ilə əlaqələri haqqında nə deyə bilərsiniz?
- Bu suala fərdi şəkildə də cavab vermək olar. Ancaq mən təşkilatın rəhbəri olaraq fikrimi çatdırmağa çalışacağam. Anadolu Agentliyinin Asiya Qafqaziya Bölgə təmsilçiliyimizin mərkəzi burasıdır. Bunun da bir məqsədi var. Birincisi, biz burada özümüzü heç də yad hiss etmirik. İkincisi Azərbaycan mətbuatı ilə əl-ələ olmaq istəyirik. Azərbaycan mətbuat orqanları ilə daha çox iş əlaqələri qurmaq, ortaq fəaliyyətdə çalışmaq iş prinsiplərimizdəndir. Hal-hazırda Azərbaycan mətbuatı və mediası ilə əlaqələrimiz çox yaxşıdır. Burada olan həmkarlarımızı Türkiyəni görmək məqsədi ilə, həm təhsillərilə əlaqəli, həm də təcrübə almaqları üçün Türkiyəyə göndəririk. Bir çox qurumlarla abunəlik əlaqələrimiz davam edir. Azərbaycan mətbuatı ilə bizim bir sıxıntımız yoxdur. Olmasını da gözləmirik. Məqsədimiz iki ölkə arasındakı əlaqələri mətbuatda birgə yayımlamaqdır.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info