Lisenziya üçün püşk atıldı
Tarix: 01.07.2015 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


Çimərlik voleybolu üzrə “Kontinental kuboku”nun IV mərhələsinin püşkü atılıb.
2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Azərbaycan millilərinin də rəqibləri bəlli olub. Lüksemburqda baş tutan mərasimdə ilk 3 mərhələni uğurla adlayan qadın cütlüyümüzün bəxtinə Yunanıstan, Finlandiya və Şotlandiya voleybolçuları düşüblər. 16 ən güclü komandanın iştirak etdiyi IV mərhələdə təmsilçimiz oyunlarına sentyabrın 5-6-da çıxacaqlar. Cütlüyümüzün yer aldığı C qrupuna ev sahibliyini Yunanıstan edəcək. Kişilərdən ibarət komandamız isə İsrail, Estoniya və Belçika ilə D qrupunda gücünü yoxlayacaq. Bu millimizin qrup oyunları İsrail Tel-Əvivdə baş tutacaq. Görüşlər sentyabrın 11-12-nə təsadüf edəcək və qadınların mübarizəsində olduğu kimi 2 ən güclü cütlük final mərhələsinə vəsiqə qazanacaq. Qeyd edək ki, yarışların finalçıları Rio-2016-ya lisenziya qazanacaqlar.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Bakıda akrobatika üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub
17.11.2018
“Neymar qayıtmaq istəsə, Barcelona-da ona heç kim mane olmayacaq”
17.11.2018
Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb
17.11.2018
Azərbaycanın paracüdoçusu dünya çempionu olub
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info