“Biz də onlardan yaxşı oyun gözləyirik”
Tarix: 01.07.2015 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


“Komandamız Avstriya toplanışının son yoxlama matçında “Şaxtyor”la qarşılaşdı və çox gözəl oyun göstərdi. Biz həmin görüşdə sərgilənən futboldan razı qaldıq. Əminliklə deyə bilərəm ki, “Neftçi” “Mladost”la qarşılaşmada da baxımlı oyun nümayiş etdirəcək”.
Bu sözləri “Neftçi” klubunun icraçı-direktoru Elnur Məmmədov deyib. Ölkəmizi Avropa Liqasında təmsil edəcək paytaxt təmsilçisi bu gün ilk sınağına çıxacaq. Samir Əliyevin rəhbərlik etdiyi komanda Monteneqronun “Mladost” klubunu qəbul edəcəklər. Bu görüşlə bağlı fikirlərini bölüşən Məmmədov “Neftçi”yə inandığını qeyd edib. O bildirib ki, heyətin əsasının gənclərin təşkil etməsi komandaya problem yaratmayacaq: “Hesab edirəm ki, gənc futbolçularımız can yandıracaqlar. Onlar “Şaxtyor”la oyunda da göstərdilər ki, məşqçilər korpusunun tələb etdiyi taktika ilə oynayırlar. Komandanın potensialı var. Gənclər həvəslidirlər, əzmkarlıq nümayiş etdirirlər. Biz də onlardan yaxşı oyun gözləyirik”. Məmmədov “Mladost”la görüşdə azarkeşlərin tribunaları dolduracağına inanır. Onun sözlərinə görə, sabahkı oyun ətrafında gözləniləndən çox ajiotaj var: “Mladost”la oyun ətrafında ajiotaj biz gözlədiyimizdən də böyükdür. Bu onunla bağlıdır ki, meydanda olacaq futbolçuların, demək olar, hamısı azərbaycanlı gənclərdir. Bu amil hər zaman azarkeşlərin marağına səbəb olur və onları öz komandalarına daha çox dəstək olmağa həvəsləndirir. İnanıram ki, “Neftçi”sevərlər tribunaları dolduracaqlar və sona qədər komandaya dəstək olacaqlar”.




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
İngiltərə millisinə yeni oyunçu cəlb edilib
18.03.2019
“Barselona“ böyük hesabla “Real Betis“ə qalib gəlib
18.03.2019
Milan derbisində beş qol vurulub
18.03.2019
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında 11 medal qazanıb
17.03.2019
Dünya birinciliyində uğurla çıxış edən Azərbaycan komandası Bakıya qayıdıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10700

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Film turizmi – yaxşı kino ixrac məhsuludur


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info