“Vaşinqton artıq xarici siyasətini planınlaşdırmaq iqtidarında deyil”
Tarix: 02.07.2015 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


“Belə görünür ki, Vaşinqton artıq xarici siyasətini planınlaşdırmaq iqtidarında deyil. Bəlkə də məhz elə buna görədir ki, Vaşinqton özünün əsas strateji rəqibini müəyyənləşdirməkdə çətinlik çəkir”.
Bu fikirlər Amerikanın analitik nəşri olan “Tom Dispatch”ə məxsusdur. “Amerikanın strategiyasında, milli maraqlarını təşviq etmək üçün uzunmüddətli planlarında və əsas opponentlərinə qarşı münasibətdə tam nizamsızlıq hökm sürür” - deyə Nyu-Hempşir universitetinin Sülh və Təhlükəsizlik problemləri üzrə professoru Maykl Kler “Tom Dispatch” nəşrinə verdiyi açıqlamada bildirir: “Böhranlar arasında qalan ölkənin aparıcı siyasətçiləri növbəti strategiyanı improvizə etməyə çalışsalar da, çox nadir hallarda ardıcıl kursu təbliğ edirlər. Bir çoxları Ağ Evi qətiyyətsizlikdə günahlandırsa da, qeyd edilməlidir ki, bütün bunların səbəbləri çox dərinliklərə gedib çıxır. Bu gün də Vaşinqtonun xarici siyasət elitası üzərində davamlı olaraq belə bir sual, elə sual olaraq da qalır - Amerikanın əsas rəqibi kimdir-Rusiya, yoxsa Çin?”. “Hazırda ABŞ-ın strateji planlaşdırmasının əsas mahiyyəti rəqiblərinin dəqiq seçimi üzərində qurulur” - yazan müəllif bəyan edir ki, “soyuq müharibə” dövründə ABŞ-ın bir nömrəli rəqibi, təbii ki, Sovet İttifaqı hesab edilirdi. Elə buna görə də, Vaşinqtonun səyləri Moskvanın gücünü azaltmaq yönəldilmişdi: “Sovet İttifaqı dağıldıqdan sonra, Amerika Birləşmiş Ştatları əsas diqqətini özünə düşmən bildiyi bir neçə dövlətlə qarşıdurmaya yönəltdi. 2011-ci ilin 11 sentyabr terror hücumundan sonra isə ABŞ-ın o dövrdəki prezidenti Corc Buş “terrora qarşı qlobal müharibə” elan etdi. O vaxtdan bəri, hər bir ölkə Amerikanın nəzərində "kim bizimlə deyil, deməli bizə qarşıdır” kimi qiymətləndirilir. Əlbəttə, bu xaosun hökmranlığıdır.
Hərbi əməliyyatlar, işğalçılıq, reydlər, pilotsuz uçan aparatların müharibəsi- bütün bunlar bir-birinin ardınca izlənildiyi bir məqamda, Ağ Ev böyük bir “fəlakət” kəşf edir- sən demə, Çin artan iqtisadi gücündən istifadə edərək dünyada təsirini artırır, Rusiya isə “qonşularını təhdid etməyə başlayıb”. Kler Ağ Ev rəhbərliyinin qarışıq strateji düşüncəsinə diqqət çəkir. Müəllifə görə, ABŞ-ın son illərdəki xarici siyasətinin təhlili onu göstərir ki, 2016-cı il üçün proqnozlar da qaranlıq və xaotikdir. Bu siyasət Amerika hərbi-sənaye kompleksi istisna olmaqla, başqa kimsə üçün xeyir gətirməyəcək. Professor iddia edir ki, öz milli maraqlarını təşviq etmək üçün ardıcıl planı olmayan ölkə heç nədir. Ən pisi isə odur ki biz nüvə müharibəsinin daimi təhlükəsində olan əbədi böhranın astanasında olan ölkəyə çevrilə bilərik”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
İtaliyada üç terrorçu həbs olunub
24.05.2019
Aprel ayında İdlib vә Hәmaya edilәn hücumlarda azı 38 uşaq hәlak olub
24.05.2019
Nursultan Nazarbayevə Türk Şurasının Fəxri prezidenti statusu verilib
24.05.2019
İraqın şimalında türk әsgәri şәhid olub
24.05.2019
Hindistanda baş verən yanğında azı 15 yeniyetmə həyatını itirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info