“Dünyada hər onuncu uşaq müharibə şəraitində yaşayır”
Tarix: 02.07.2015 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Dünyada hər onuncu uşaq silahlı münaqişələrin baş verdiyi ölkə və ya regionda yaşayır. BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən hazırlanmış “Uşaqlar cəbhələr arasında” adlı hesabatda bildirilir ki, təxminən 230 milyon uşaq həyatlarının ən önəmli dövrünü əmin-amanlığın olmadığı və silahlı qarşıdurmaların tüğyan etdiyi bölgələrdə keçirirlər.
Bu da İkinci Dünya müharibəsindən bəri ən yüksək və acınacaqlı göstəricidir. Təkcə Suriya, İraq, Cənubi Sudan, Mərkəzi Afrika Respublikası və Yəməndə 21 milyon uşaq müharibə və zorakılıq dəhşətlərini yaşamağa məcburdur. Hesabatda qeyd edilir ki, BMT Təhlükəsizlik Şurası 2014-cü il üçün 23 münaqişə situasiyasının sıyahısını hazırlayıb və həmin münaqişələrdə uşaqlar ən ağır insan haqları pozuntularına məruz qalıblar. Əlli doqquz münaqişə tərəfi arasında gedən silahlı qarşıdurmanın səkkizi hökumət, əlli biri isə qeyri-hökumət qüvvələrindən ibarətdir. Cari il ərzində dünya üzrə münaqişə bölgələrində 62 milyon uşağın qıda, təmiz su, tibbi yardım, eləcə də istismar və zor tətbiqindən mühafizə kimi yardım və hüquqlara ehtiyacı olub. Hesabatda aparıcı dövlətlər və beynəlxalq təşkilatlar dünyadakı böhran, münaqişə və fəlakət bölgələrində uşaqları daha yaxşı mühafizə etməyə çağırılır.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info