Ülkər Musazadə: “Könüllülərimiz aktiv idilər”
Tarix: 02.07.2015 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


İlk Avropa Oyunlarının Bakıda keçirilməsi xalqımızın həmrəyliyini bir daha nümayiş etdirdi. Xüsusən ictimai aktiv olanlar öz qüvvələrini səfərbər edərək bu Oyunların təbliğinə töhfələrini verdilər. Dövlətlərarası Media və Diplomatiya Mərkəzi (İMD center) də bu baxımdan fəallıq göstərib. Mərkəzin sədri Ülkər Musazadə bu haqda öz fikirlərini bizimlə bölüşüb. Qeyd edək ki, İMD center-in missiyası dünya ölkələri arasında Azərbaycanın təbliğatını aparmaqadır. İMD center fəaliyyət göstərdiyi müddətdə bir çox ölkələrin mətbuatı ilə əməkdaşlıq qurmağa müvəffəq olub. Belə ki, İMD center bir çox xarici ölkələrin mediası ilə körpü yaradıb. Mərkəzin başlıca hədəfi dünya mediası üzərində aparılan bu təbliğat sayəsində Xocalı soyqırımının 25 illiyinə qədər BMT-nin qəbul etdiyi, lakin ermənilər tərəfindən bu günə qədər yerinə yetirilməyən qətnamələrin birini qəbul etdirməkdir.
-Siz təşkilat olaraq ilk Avropa Oyunlarının təbliği ilə bağlı hansı işlər görübsüz?
-İMD center ilk Avropa Oyunlarına hələ hazırlıq gedən zamandan başlayaraq hər ölkəmizdə gedən abadlıq işləri, yenidənqurma, stadionların və oyun arenalarının fotoları ilə bağlı reportajlar xarici mediada yerləşdirməyə müvəffəq oldu. Qeyd edim ki, İMD center bütün bu təbliğatı təmənnasız olaraq icra edib. Çünki mərkəzimizin əsas amalı Vətənə və dövlətə xidmətdir. Xüsusən bir nüansı vurğulamaq istərdim, İMD center bizim üçün gəlir mənbəyi yox, sadəcə dövlətə xidmət mərkəzidir.
-Gənclərimiz, xüsusən konüllülər ilk Avropa Oyunları zamanı lazımi aktivlik göstərdilərmi?
- Bu olduqca sevindirici haldır. Könüllülərimiz aktiv idilər. Onların təmənnasız olaraq, bu cür can yandırmaları həqiqətən də təqdirəlayiqdir. Hesab edirəm, ilk Avropa Oyunları zamanı gənclərimizin göstərdikləri bu şücaətlə onlar bunu sübut etdilər. Ulu öndər Heydər Əliyevin bir kəlamı var idi: “Azərbaycanın gələcəyi parlaqdır”. Bəli, bu cür gənclərlə Azərbaycanın gələcəyi həqiqətən də parlaqdır!
-Xarici medianın ilk Avropa Oyunlarının təbliğini necə qiymətləndirisiz?
- İlk Avropa Oyunlarının xaricdə media yayımını yaxşı kimi qiymətləndirmək olar. Bilirsiz, bizim işimiz xarici mediaya çıxış əldə etmək olduğu üçün bu sahəni istər-istəməz diqqət mərkəzində saxlayırıq. Əlbəttə sevindirici hal idi ki, biz dəfələrlə Azərbaycanda keçirilən Avropa Oyunlarını İsrail, Rusiya, Yunanıstan, Almaniya, İsveç, Gürcüstan, Pakistan və s. ölkələrin mətbuatından, televiziyalarından izləyə bildik. Amma bu yayım daha yüksək formada olmalı idi, deyə düşünürəm. Azərbaycana dünyanın hər bir yerindən jurnalistlər təşrif buyurmuşdu, onlar üçün ölkəmizdə hər bir şərait yaradılmışdı.
-Bəzi xarici KİV-lər ilk Avropa Oyunları ilə bağlı qərəzli yazılar verirdilər. Sizcə, bu nədən irəli gəlir?
- Mən bir az əvvəl də qeyd etdim. Bunu gözləmək olardı, əslində. Bir neçə Avropa ölkəsinin mətbuatının verdiyi qərəzli yazı, hələ bütün Avropa ölkələrinin Azərbaycan və ya Oyunlarla bağlı fikri demək deyil. Bilirsiz, hər antireklam da, bir reklamdır. Qoyun, reklam etsinlər! Onlar ilk Avropa Oyunlarından danışmaq istəyir? Qoyun, danışsınlar! Onsuz da, barmaqla sayıla biləcək bir-iki qərəzli yazı, heç bir fikir formalaşdırmaq gücünə malik deyil. Həm də həmin yazıların arxasında erməni lobbisinin dayanması istisna hal deyil. Ona görə, həmin yazılara əhəmiyyət vermək və ya onları gündəmə gətirmək gərəksizdir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info