Bob Bləkmən: “Xocalı soyqırımı Azərbaycana qarşı böyük ədalətsizlikdir”
Tarix: 02.07.2015 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Böyük Britaniya parlamentində “Xocalı: Ermənistanın müharibə cinayətinin təsdiqi” kitab-məcmuəsinin təqdimatı olub.
Tədbirdə çıxış edən Britaniya Parlamentinin üzvü Bob Bləkmən Xocalı faciəsi haqqında məlumat verib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin qətnamələrinə indiyədək əməl edilməməsini nümunə göstərən deputat Xocalı soyqırımının ölkəmizə qarşı böyük ədalətsizlik adlandırıb. Kitab-məcmuə haqqında fikirlərini bildirən B.Bləkmən hadisə haqqında hüquqi sənədlərin qeydiyyatı və arxivdə saxlanılması baxımından əhəmiyyətini vurğulayıb.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Xocalı soyqırımı və dəhşətli müharibə haqqında ətraflı məlumat verib. Bu ədalətsizliyi ermənilərin özlərinin də qəbul etdiyini deyən səfir hətta Ermənistanda rəsmi olaraq nəşr edilən kitablarda Xocalıda törədilən vəhşiliklər müzakirə edilir, əliyalın əhalinin amansızlıqla qətlə yetirilməsindən bəhs olunur. Səfir bu ədalətsizlikərin və vəhşiliklərin beynəlxalq ictimaiyyətə çatdırılmasının, dünyada bir daha bu cür hadisələrin baş verməməsi baxımından da böyük əhəmiyyət kəsb etdiyini bildirib. Diplomat kitab-məcmuənin hüquqi baxımdan əhəmiyyətini vurğulayıb, layihənin təşkilatçılarına minnətdarlığını ifadə edib.
T.Tağızadə deyib: “Dağlıq Qarabağ problemi bizim əsas məsələmizdir. Münaqişə ədalətli həllini tapana qədər ölkəmiz üçün ən vacib məsələ olaraq qalacaq”.
Kitabın redaktoru İan Peart kitab-məcmuənin ərsəyə gətirilməsində görülən işlər haqqında məlumat verib. İ.Peart Xocalı soyqırımı haqqında rəsmi sənədləri araşdırarkən, faciə barəsində dəhşətli faktlarla qarşılaşdığını bildirib. Azərbaycana qarşı bu cinayəti törədənlərin layiqli cəzalarını tezliklə tapacaqlarına ümidvar olduğunu diqqətə çatdırıb.
“Links” araşdırma mərkəzinin direktoru Dennis Sammut Xocalı faciəsinin beynəlxalq hüquq normalarına əsasən bir cinayət olduğunu bildirib. Əliyalın əhaliyə divan tutulması, yurd-yuvalarından didərgin salınması insanlığa sığışmayan bir hərəkətdir. O, kitab-məcmuənin bu gerçəklərin bir araya toplanması və dünya ictimaiyyətinə çatdırılması baxımından vacib olduğunu diqqətə çatdırıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info