Ermənilər etirazları davam etdirməkdə inadlıdırlar
Tarix: 02.07.2015 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Polisin dağılışmaq çağırışlarına baxmayaraq yüzlərlə etirazçı hələ də İrəvanın mərkəzindəki Baqramyan prospektində qalmaqdadır.
Bu barədə hadisə yerindən “RİA Novosti”nin müxbiri xəbər verib.
Qeyd edək ki, Ermənistan polisi bundan əvvəl iki həftədir davam edən etiraz aksiyasının iştirakçılarını Baqramyan prospektindən dağılışmağa çağırıb.
“Polis aksiyanın təşkilatçı və iştirakçılarını sağlam düşüncə, konstitusiyaya və ölkənin qanunlarına, digər şəxslərin hüquq və qanuni maraqlarına hörmət nümayiş etdirərək könüllü şəkildə Baqramyan prospektinin 10 gündür davam edən blokadasına son qoymağa çağırır”, deyə polisin bəyanatında bildirilir.
Polis pozulmuş ictimai asayişin güc tətbiq etmədən xoş niyyət və qarşılıqlı anlaşma nümayiş etdirməklə bərpa olunacağına ümidvar olduğunu bildirib.
Polis həmçinin aksiyanın təşkilatçı və iştirakçılarını gələcəkdə ictimai tədbirləri Ermənistanın “Toplaşmaq azadlığı haqqında” qanununun tələblərinə əməl olunmaqla keçirməyə çağırıb.
Bu arada qeyd edək ki, Ermənistanın baş naziri Ovik Abramyan deyib ki, Rusiyanın “İnter RAO” şirkətinin törəmə şirkəti olan “Ermənistan Elektrik Şəbəkələri” paylaşdırıcı şirkətinin milliləşdirilməsi məsələsi müzakirə olunmur.
Ovik Abramyan həmçinin deyib ki, Ermənistan hökuməti elektrik enerjisinin bahalaşmasına görə hansı mənbələrin hesabına əhaliyə subsidiya veriləcəyinə dair hələlik heç bir qərar verməyib.
“Mənbələr var və bu sirr deyil, müzakirə edirik. Qərar qəbul olunduqda bu barədə əhali məlumatlandırılacaq”, deyə baş nazir bildirib.
Ermənistanın baş naziri “Ermənistan Elektrik Şəbəkələri” paylaşdırıcı şirkətinin fəaliyyətinin auditinin nə vaxtadək davam etdiriləcəyinə dair suala cavab verməyə çətinlik çəkib: “Biz auditin müddətini deyə bilmərik – bu proses üç-dörd ay çəkə bilər”, deyə Abramyan bildirib.
Ovik Abramyan qeyd edib ki, audit yoxlaması “Ermənistan Elektrik Şəbəkələri”nin baş direktoru Yevgeni Bubinin sui-istifadə hallarına yol verməsini aşkarlayacağı təqdirdə o mütləq cəzalandırılacaq.
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan iyunun 27-də “Ermənistan elektrik şəbəkələri” şirkətinin dövlətə qaytarılmasını istisna etməyib.
Sarkisyan audit təşkilatı ilə birgə elektrik enerjisi tariflərinin qaldırılması qərarının əsaslı olub-olmamasını yoxlayacaq dünya enerji sahəsində böyük təcrübəyə malik mötəbər beynəlxalq konsaltinq şirkətinin seçilməsini təklif edib. Serj Sarkisyan həmçinin hökumətin elektrik enerjisinin bahalaşması ilə bağlı xərclərin müvəqqəti olaraq öz üzərinə götürəcəyini vəd edib.
Ermənistan prezidentinin sözlərinə görə, əgər tarifin qaldırılmasının əsaslı olması sübuta yetirilərsə istehlakçılar ödənişləri heç bir şübhə olmadan ödəyəcəklər, yox, əgər bahalaşmanın əsassız olması təsdiqlənərsə, hökumət əlavə ödənilmiş vəsaitlərin geri qaytarılması istiqamətində lazımi addımlar atacaq və vəzifəli şəxslər məsuliyyətə cəlb olunacaq.
“Belə olacağı təqdirdə “Ermənistan elektrik şəbəkələri”nin dövlətə qaytarılması və rəqabətli idarəetməyə verilməsi istisna olunmur”, deyə Ermənistan prezidenti qeyd edib.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info