Xorvatiyada Avropa Oyunları mövzusunda tədbir
Tarix: 02.07.2015 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


Xorvatiyanın paytaxtı Zaqrebdə, “Novinarski dom” Mədəniyyət Mərkəzində Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə “Azərbaycan haqqında bilmədiklərimiz və “Bakı-2015” ilk Avropa Oyunları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç, bu ölkədən velosipedlə Azərbaycana səyahət etmiş “Pedalinac” velosiped klubunun rəhbəri Mladen Qaçeşa əsas qonaq qismində iştirak ediblər. Xorvatiya-Azərbaycan Dostluq Qrupunun üzvləri, ictimaiyyətin nümayəndələri, Xorvatiya universitetlərində təhsil alan və ölkəmizə səfər etmiş tələbələr də tədbirə qatılıblar.
Səfir Kamil Xasiyev tədbirdə çıxış edərək Azərbaycan, onun tarixinin müxtəlif mərhələləri, ölkəmizin enerji strategiyası, regional və beynəlxalq siyasəti, son illərdə sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər, regional əməkdaşlıq və inteqrasiyaya, sivilizasiyalararası dialoqa verdiyi töhfələr, xüsusilə “Bakı-2015” ilk Avropa Oyunları haqqında məlumat verib. Diplomat, həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, münaqişə ilə bağlı tarixi, siyasi və hüquqi məqamlar, beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlər, problemin həllində ölkəmizin mövqeyi barədə söhbət açıb.
Xorvatiyanın keçmiş Prezidenti Stepan Mesiç Azərbaycan və ümummilli lider Heydər Əliyevlə bağlı təəssüratlarını bölüşüb. O, Bakıda yüksək səviyyədə keçirilən ilk Avropa Oyunlarının tarixi əhəmiyyətindən danışıb.
İlk Avropa Oyunları ilə əlaqədar Xorvatiyadan Bakıya 4000 kilometr məsafə qət edərək velosipedlə səyahət edən “Pedalinac” klubunun üzvləri adından çıxış edən Mladen Qaçeşa “Bakı-2015” ilk Avropa Oyunlarına velosipedlə” layihəsi və Azərbaycan haqqında danışıb. Azərbaycana ilk dəfə səfər etdiyini bildirən M.Qaçeşa səyahət zamanı onlara verilən dəstəyə görə bütün Azərbaycan xalqına və təşkilatçılara təşəkkürünü bildirib. O, bu səyahətin Xorvatiya ilə Azərbaycan arasındakı dostluğun tərənnümü və “Pedalinac” klubu üzvlərinin ilk Avropa Oyunlarına töhfəsi olduğunu bildirib. İndiyədək Olimpiya Oyunları ilə əlaqədar Pekinə, Londona və Soçiyə velosipedlə yürüş etdiklərini bildirən M.Qaçeşa Bakıda ilk Avropa Oyunlarının daha fərqli, daha möhtəşəm təşkil edildiyini, Azərbaycanın adının Avropanın və bütövlükdə dünyanın idman tarixinə qızıl hərflərlə yazıldığını bildirib. O, rəhbərlik etdiyi klubun belə bir möhtəşəm tədbirin bir parçası olduğundan qürur hissi keçirdiyini vurğulayıb.
Tədbirdə Azərbaycan, “Bakı-2015” ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimləri, eləcə də yarışların gedişi barədə videoçarxlar nümayiş olunub, qonaqlara birinci Avropa Oyunlarının loqoları olan suvenirlər və məlumat vəsaitləri, səfirlik tərəfindən xorvat dilinə tərcümə edilmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektlərini özündə əks etdirən kitablar və ölkəmizin milli mədəniyyətindən, turizm imkanlarından bəhs edən bukletlər paylanılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək
24.09.2018
Diaspor təşkilatları əməkdaşlığı gücləndirirlər
24.09.2018
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info