Səfir: “Azərbaycan Türkiyənin ən mühüm və etibarlı tərəfdaşıdır”
Tarix: 02.07.2015 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


“Azərbaycanla Türkiyə arasında uzunmüddətli əməkdaşlıq yaradılıb və Azərbaycan Türkiyənin ən mühüm və etibarlı tərəfdaşıdır”.
"Caspian Energy İnternational Media Group"dan bildirilib ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun "Caspian Energy İnternational Media Group"un prezidenti və baş redaktoru Natalya Əliyeva və redaksiyanın əməkdaşları ilə keçirdiyi görüşdə səsləndirib.
Görüşdə "Caspian European Club" və "Caspian Energy İnternational Media Group" çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları, həmçinin Türkiyə iqtisadiyyatının inkişafına həsr olunan xüsusi nömrənin buraxılışı müzakirə olunub.
Səfir İsmayıl Alper Coşqun "Caspian European Club" və "Caspian Energy İnternational Media Group"un fəaliyyətini yüksək qiymətləndirib. O qeyd edib ki, "Caspian Energy" jurnalının iqtisadiyyat və energetika bölmələri Türkiyədə xüsusi maraqla qarşılanır. Diplomat www.caspianenergy.net saytında və dünyanın 50 ölkəsində yayılan "Caspian Energy" jurnalında nəşr olunan məqalə və materialları izlədiyini bildirib.
Səfir, "Caspian Energy" jurnalının səhifələrində Türkiyə iqtisadiyyatı ilə bağlı məqalə və müsahibələrin dərcində maraqlı olduğunu diqqətə çatdırıb.
Sonra İsmayıl Alper Coşqun "Caspian Energy" jurnalına eksklüziv müsahibə verib. Azərbaycanla Türkiyə arasındakı əməkdaşlığın perspektivlərindən danışan səfir vurğulayıb ki, iki ölkə arasında uzunmüddətli əməkdaşlıq yaradılıb və Azərbaycan Türkiyənin ən mühüm və etibarlı tərəfdaşıdır.
“Xüsusi əhəmiyyətə malik olan Azərbaycan-Türkiyə əlaqələri sadəcə iki ölkə arasındakı rəsmi və ənənəvi münasibətlərə əsaslanmır. Biz Azərbaycana təkcə enerji mənbəyi və ya ixracat həyata keçirdiyimiz bazar kimi baxmırıq. Azərbaycan bizim üçün mühüm tərəfdaş və qardaş ölkədir. Ümumi keçmişimiz olduğu kimi biz ümumi gələcəyə də böyük ümidlər bəsləyirik”, - deyə səfir vurğulayıb.
Enerji əməkdaşlığı məsələsinə də toxunan səfir “Cənub" qaz dəhlizi çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətini xüsusilə vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info