RYTN I Avropa Oyunlarında fəal iştirak etmiş şəxsləri mükafatlandırdı
Tarix: 02.07.2015 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


I Avropa Oyunlarının rabitə, internet xidmətləri və televiziya yayımı ilə təmin olunmasında fəal iştirak etmiş şəxslər rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun əmri ilə mükafatlandırılıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, əmrə əsasən, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) bir qisim əməkdaşı Fəxri Fərmanla təltif edilib.
Mükafatlandırılanlar arasında BAOƏK-in Baş əməliyyat müdiri Saymon Kleq, Biznes administrasiyasının direktoru Nigar Əfəndiyeva, Texnologiya direktoru Adriyan Korkareyn, Telekommunikasiya rəhbəri Toni Dadli, Spektrin idarə edilməsi üzrə baş meneceri Rod Stabs, Mobil rabitə üzrə baş menecer Aleksis İlliadis, layihə rəhbərləri Aleksandr Şer, Ayaz Cəmilov, Murad Əzizov, Xəqani Abdullayev, Hidayət Ağayev və Murad Tahirov da var.
I Avropa Oyunlarının rabitə və internet xidmətləri, televiziya yayımı və informasiya təhlükəsizliyi ilə təmin olunmasında nazirliyin, qurum və müəssisələrin fəal iştirak etmiş əməkdaşları Fəxri Fərmanla təltif ediliblər. Fəxri Fərmanla təltif edilənlər nazirin birinci müavini İltimas Məmmədov, nazirliyin İnfrastrukturun inkişafı şöbəsi Telekommunikasiya sektorunun müdiri Nazim Cəfərov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) baş direktorunun müavini Əhməd Mehdiyev, Dövlət Radio Tezliklər İdarəsinin baş mühəndisi İlham Əfəndiyev, DRİ-nin mühəndisi Şamil Qasımzadə, Məlumat Hesablama Mərkəzinin baş mühəndisi Sahib Nəcəfov, Elektron Təhlükəsizlik Mərkəzinin direktoru Faiq Fərmanovdur.
I Avropa Oyunlarının telekommunikasiya, internet və mobil rabitə xidmətlərini, televiziya yayımını, informasiya təhlükəsizliyini yüksək səviyyədə təmin etdiklərinə görə və BAOƏK-in RYTN-ə təqdim edilmiş müsbət rəyini nəzərə alaraq BTRİB, DRİ, “Aztelekom” İB, “Azərkosmos” ASC, “Teleradio” İB, “Azərmarka” MMC, “Azercell Telekom” MMC, “Bakcell” MMC, “Azerfon” MMC, “DeltaTelecom LTD” MMM, “Telecomİnvest” MMC və “Eurodesign” QSC də Fəxri Fərmanla təltif edilib.
I Avropa Oyunlarının rabitə və internet xidmətləri, televiziya yayımı və informasiya təhlükəsizliyi ilə təmin olunmasında fəal iştirak etmiş bəzi əməkdaşlara isə pul mükafatı təqdim olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Təqaüdlərin artırılması dövlətin tələbə gəncliyə göstərdiyi böyük qayğının daha bir əməli ifadəsidir”
15.02.2019
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15.02.2019
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15.02.2019
Sahil Babayev Neftçalada 5 rayonun sakinləri ilə görüşüb
15.02.2019
Təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info