Rusiya mediası birinci xanım haqqında yazdı
Tarix: 02.07.2015 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


Rusiya mediası Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan yazıb.
“woman.ru” saytının hazırladığı materialı təqdim edirik:
“51 yaşlı Mehriban Əliyevanı, şübhəsiz, dünyanın ən gözəl və dəblə geyinən birinci xanımı adlandırmaq olar. Doğma vətənində və onun hüdudlarından kənarda prezidentin xanımını stil ikonu hesab edirlər. Hətta bəzən xarici nümayəndə heyətlərinin üzvləri, jurnalistlər onu qızları ilə səhv salırlar.
Azərbaycan Prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyeva çox nadir hallarda dəb jurnallarının səhifəsindən düşür. Stil ikonu olan bu xanımın üzərində, görünür, vaxt öz hökmünü verə bilmir. Mehriban Əliyevaya baxdıqda onun iki yetkin qızının, 18 yaşlı oğlunun və hətta nəvələrinin olduğuna inanmaq çətindir.
ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeynin Bakı səfəri zamanı Amerika xüsusi xidmət orqanlarının əməkdaşları yanaşı dayanan üç gözəldən – Mehriban, Leyla (29 yaş) və Arzu (28 yaş) – hansının ölkə başçısının xanımı olduğunu ayırd etməkdə çətinlik çəkmişdilər.
Mehriban Əliyeva ölkəsi üçün çox işlər görür, həyat yoldaşını bütün səfərlərdə, rəsmi görüşlərdə müşayiət edir.
O hətta bir neçə gün əvvəl başa çatan “Bakı-2015” İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri olub. Azərbaycanın birinci xanımı tərəfindən toplanmış şəkillər, art-obyektlər paytaxtda yerləşən Müasir İncəsənət Muzeyində yığılıb.
Bizim fotoqalereyamızda isə təkcə Mehriban Əliyeva və onun stilini əks etdirən şəkillər deyil, Azərbaycanın hakim ailəsinin fotoları yer alıb”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib
20.09.2018
Prezidentin köməkçisi: “Ərazilərin minalardan təmizlənməsi humanist missiyadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info