Mobil telefon vasitəsilə bankomatdan pul çəkmək mümkündür
Tarix: 30.01.2013 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


Azərbaycanda ilk dəfə olaraq, "AzeriCard" prosessinq mərkəzi kart olmadan mobil telefon vasitəsilə bankomatdan nağd vəsaiti əldə etmək imkanını təqdim edir. Bu yenilik "MobilBank" xidmətinin istifadəçiləri üçün yaradılıb.
Azərbaycan Beynəlxalq Bankından «Trend»ə verilən məlumata görə, bu xidmət vasitəsilə "MobilBank" istifadəçiləri kart hesablarından istənilən məbləğdə və valyutada kartı olmayan şəxslərə nağd pul göndərə və ya plastik kartları yanlarında olmadığı təqdirdə bankomatdan nağd pul çıxara bilərlər. Xidmətdən istifadə etmək üçün kart sahibi "MobilBank" sisteminə daxil olaraq əsas menyuda "Cash by Code" seçir, məbləği və valyutanı daxil edir. Sistem xüsusi kod yaradaraq onu telefonun ekranında əks etdirir. Əgər kart sahibi həmin vəsaiti kiməsə göndərmək istəyirsə, onda o kodu SMS vasitəsilə, ya da başqa üsulla pulu göndərdiyi şəxsə çatdırır və ya kart sahibi özü həmin kod vasitəsilə nağd pulu bankomatdan əldə edir. Kod ilə vəsaiti almaq üçün göndərilən vəsaitin məbləğini və valyutasını bankomata daxil etmək lazımdır. Qeyd edək ki, göstərilən xidmət Azərbaycanda ilk dəfə olaraq "AzeriCard" prosessinq mərkəzinin "Mobile Wallet" layihəsi çərçivəsində həyata keçirilir. Həmin layihə hazırda mobil telefon vasitəsilə həyata keçirilə bilən kommunal ödənişlər, balansın öyrənilməsi, hesabatın çıxarışı, kartın bloklaşdırılması, kartdan karta köçürmələr, kartsız bankomatdan nağd pulun çıxarılması (Cash by Code) funksiyalarına əlavə olaraq, ticarət və xidmət məntəqələrində mobil telefon vasitəsilə kartsız ödəmənin tətbiq edilməsini nəzərdə tutur. Bu layihə üzrə müvafiq işlər görülməkdədir.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Azərbaycan nefti bahalaşıb
22.01.2019
Fevralda Sumqayıt, Abşeron və Qəbələdə “KOB Dostları” fəaliyyətə başlayacaq
22.01.2019
Şpris zavodu 2019-cu ilin 1-ci rübündə istifadəyə veriləcək
22.01.2019
Bu il Şərur Sənaye Məhəlləsinin yaradılmasına başlanılacaq
22.01.2019
İlin birinci yarısında “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info