“Global Research”: “Yunanıstanın iflasdan çıxış yolu BRİKS-dir”
Tarix: 03.07.2015 | Saat: 01:49:00 | E-mail | Çapa göndər


Yunanıstanda iqtisadi vəziyyət daha da pisləşə bilər. Belə ki, iyunun 30-da Beynəlxalq Valyuta Fonduna kredit borcunu ödəyə bilməyən ölkə artıq iflas vəziyyətinə düşüb. Kanadanın “Global Research” nəşrinin yazdığına görə, BRİKS kreditorların təzyiqi altında olan Yunanıstan üçün yaxşı bir seçim ola bilər.
Xatırladaq ki, Rusiyanın maliyyə nazirinin müavini Sergey Storçak hələ may ayında Yunanıstanın baş naziri Aleksis Çiprasa BRİKS-in altıncı üzvü olmağı təklif etmişdi. Həmin ərəfədə baş nazir tərəfindən nümayiş etdirilən maraq ölkənin birliyə üzv olmaq istəyini nümayiş etdirirdi. Birliyə qoşulmaq Yunanıstana BRIKS İnkişaf Bankının çıxış imkan verəcək. “Bankın əsas məqsədi Qərbin maliyyə bazarlarındakı üstünlüyünə son qoymaq və aparıcı kredit təşkilatlarından biri olmaqdır. Bu baxımdan Rusiya və Çin Yunanıstana maliyyə dəstəyi verə bilər. Bunları nəzərə alan Afina BRİKS təşkilatına daxil olan digər dövlətlərlə də Yunanıstanın təşkilata mümkün üzvlüyü ilə bağlı danışıqlar aparırlar. Bu danışıqlar iyulun 9-10-da Ufada keçiriləcək sammitə qədər davam edəcək” deyə, “Global Research” nəşrində yer alan məqalədə qeyd edilir. Artıq Yunanıstanın müdafiə nazirinin müavini Kostas İsixos bu məsələyə müsbət münasibət bildirib. Onun fikrincə, əgər ölkə vətəndaşları referendumda irəli sürülən şərtlərlə razılaşsa, bu halda Yunanıstan Avropanın iqtisadi müstəmləkəsinə çevrilmiş olacaq. Məqalədə qeyd edilir ki, bütün bunlar kreditorların o qədər də marağında deyil və onlar ölkədəki acınacaqlı vəziyyətin daha da pisləşməsini istəyirlər: “Kreditorlar Yunanıstanın iqtisadi cəhətdən bərpasında maraqlı deyillər. Onlar ölkəni boşaltmaq və aktiv biznesdən məhrum etmək istəyirlər”. Xatırladaq ki, Yunanıstan Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu ilə 2010-cu və 2012-ci illərdə yunan büdcəsini xilas etmək üçün yaranan 240 milyard avrodan artıq borcun həlli ilə əlaqədar danışıqlar aparır. Ölkədə qənaət hesabına borcların qaytarılması barədə kreditorların verdiyi proqnozlar özünü doğrultmayıb. Yunanıstan tərəfi iyunun 26-da büdcəyə qənaət barədə yeni tədbirlərlə əlaqədar kreditorlarla danışıqlardan ayrıldı. İyunun 27-də isə danışıqlara xitam verən Avroqrup yardım proqramının etibarlığının iyunun 30-da başa çatdığını bildirdi. Beləliklə, BVF-nin Afinaya ayırdığı 1,6 milyard avro məbləğində güzəştli ödənişlər Yunanıstandakı bankların altı iş günü müddətində bağlı olması ilə əlaqədar həyata keçirilə bilmədi. Xatırladaq ki, Yunanıstan Maliyyə Nazirliyinin verdiyi məlumatına görə, ölkə borcunun ümumi məbləği bu ilin aprelin 1-nə 312.7 milyard avro təşkil edib. Bu borcun 184 milyardı Avropa Maliyyə Sabitlik Fonduna və Almaniya, Fransa, Estoniya və Slovakiya kimi ölkələrədir. Yunanıstan dövlətinin 27 milyard avro Avropa Mərkəzi Bankına, 21 milyard avro isə Beynəlxalq Valyuta Fonduna borcu var.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info