Yunanıstanın taleyini həll edəcək referendum
Tarix: 04.07.2015 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


Yunanıstan böhranı ilə bağlı bazar günü keçiriləcək referendumla bu ölkədə yeni bir səhifə açılacaq. Bir çox dünya ölkələri referendumun nəticəsini gözləyir. Yunan xalqı Avropa Birliyinin təklif etdiyi kəmər sıxmaya “bəli” deyərsə, baş nazir Aleksis Çıpras istefa verəcək, “yox” desə, Yunanıstan öz taleyini özü müəyyənləşdirəcək.
Əslində bu, gözlənən bir reallıq idi və Çıprasın Beynəlxalq Valyuta Fonduna 1.6 milyard dollar borcunun ödənməyəcəyini açıqlaması ilə Yunanıstan iflas olunma səviyyəsinə çatıb. Qeyd edək ki, BVF “belə vəziyyətlər olur” anlamında 1812-2012-ci illər arasında 200 illik müddəti əhatə edən bir siyahı hazırlayıb. Burada göstərilir ki, son 200 ildə 83 ölkə daxili və xarici borcları ilə bağlı problemlərini həll etməyərək ən az 1 dəfə iflas edib. Bunların arasında Amerika, Almaniya, Yaponiya, İngiltərə və Çin kimi dünyanın iqtisadi baxımdan inkişaf edən ölkələri yer alıb. Yunanıstan da 6 dəfə bu vəziyyətə düşüb.
ABŞ yarandığı dövrdən indiyədək 1 dəfə xarici, 4 dəfə isə daxili borclarını ödəməyərək ümumilikdə 5 dəfə borca düşüb. Ümumilikdə bank sektorundakı böhrandan qaynaqlanan bu iflaslar ilk dəfə 1790, son dəfə isə 1933-cü ildə yaşanıb. Avropa qitəsindəki 47 ölkədən 22-nin iflasdan xilas ola bilmədiyini görürük. Məsələn, Almaniya son 212 ildə 8 dəfə borca düşüb, sonuncu dəfə bu, II Dünya müharibəsi səbəbi ilə 1939 və 1948-ci ildə baş verib. Avropanın ən çox iflas edən ölkəsi isə XIX əsrdə 8, XX əsrdə isə bir dəfə olmaqla ümumilikdə 9 dəfə borca düşən İspaniya olub. Asiya qitəsindəki 47 ölkədən 14-ü iflas vəziyyətində olub və bu ölkələrin arasında Yaponiya, Çin və Hindistan kimi dünyanın iqtisadi cəhətdən güclü ölkələri də var. Cənubi Amerikadakı 12 ölkədən iflas etməyəni yoxdur. Venesuela, Peru və Ekvador 10 dəfə borca düşərək dünya rekordunu əllərində saxlayıblar. Onların ardınca isə Braziliya, Meksika, Çili gəlir. Yunanıstan maliyyə naziri Yanis Varufakis “Qlobal Minotauros” adlı kitabında yazır ki, “Krit canavarı Minotaurosa xərac ödəməyə məcbur qalan afinalılar kimi dünyanın “qlobal Minotauros”u Amerika da 1970-ci illərdən bəri büdcəsini və ticarət borclarını aradan qaldırmaq üçün digər ölkələrə xərac kəsməkdədir. Bu gün gəlinən nəticəyə görə isə ölümcül yaralar almış Minotaurosun yol açdığı nəticələr hər yanı bürüyüb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Avropa Parlamentinin Çinə çağırışı
18.04.2019
ABŞ-ın baş prokuroru Trampın Rusiya ilə əlbir olmadığını rəsmən bəyan edib
18.04.2019
Pakistanda aparılan antiterror əməliyyatında beş terrorçu öldürülüb
18.04.2019
Son sözü Ali Seçki Komissiyası deyəcək
18.04.2019
Liviyada üç günlük matәm elan olunub

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info