Çempionlar Liqasında Azərbaycan klubları üz-üzə
Tarix: 04.07.2015 | Saat: 01:35:00 | E-mail | Çapa göndər


Qadın voleybolçular arasında Çempionlar Liqasının 2015/2016 mövsümünün püşkatma mərasimi keçirilib. Avstriyanın paytaxtı Vyanada baş tutan tədbirdə Azərbaycanın “Telekom”, “Lokomotiv” və “Azərreyl” klubları rəqiblərini tanıyıblar. Super Liqanın qalibi “Rabitə”nin xələfi olan “Telekom” kifayət qədər çətin qrupda yer alıb.
Onlar mərhələ adlamaq üçün Türkiyə çempionu “Fənərbaxça”, həmçinin ulduz voleybolçuların cəmləşdiyi, ötən il “Rabitə”də oynayan Katarjina Skovronskanın da heyətində yer alacağı Polşa “İmpel”i və Bundesliqanın qalibi “Dresdner”lə qüvvəsini sınayacaq. Püşk Super Liqanın gümüş və bürünc mükafatçılarını, müvafiq olaraq “Lokomotiv” və “Azərreyl” isə bir-birinə rəqib edib. Buna “dəmiryolçular”ın “wild card”la yarışa qatılması səbəb olub. Onların mübarizə aparacağı A qrupunda Rusiya çempionu – Kazan “Dinamo”su və Almaniya çempionatının gümüş medalçısı “Stutqart”dır. Qrup mərhələsinin oyunlarına oktyabrın 27-də start veriləcək və yanvarın 27-də başa çatacaq. Reqlamentə əsasən, qrupda ilk 2 pilləni tutacaq klublar pley-offa vəsiqə qazanacaq. Yarışın “Dördlər finalı” isə aprelin 9-10-na nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ukrayna cüdoçusu Daria Bilodid “Bakı-2018“in ilk qalibi olub
20.09.2018
“Bakı-2018“: Cüdo üzrə dünya çempionatının ilk finalçıları bəlli olub
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info