Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan nəqliyyat dəhlizi yaradılır
Tarix: 04.07.2015 | Saat: 01:44:00 | E-mail | Çapa göndər


Gürcüstan Prezidenti Georgi Marqvelaşvili ilə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun birgə bəyanatında Azərbaycanın iştirakı ilə tranzit, nəqliyyat və ticarət sahəsində əməkdaşlığın inkişaf etməsindən danışılır. Bəyanat Türkmənistan Prezidentinin Gürcüstana dövlət səfəri çərçivəsində Tbilisidə qəbul edilib. Sənəddə deyilir: "Tərəflər Əfqanıstan İslam Respublikasının təşəbbüsü olan Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında tranzit, nəqliyyat və ticarət sahəsində əməkdaşlığın inkişafı haqqında sazişin hazırlanmasında maraqlı olduqlarını və buna dəstək göstərdiklərini təsdiq etdilər. İri regional və regionlararası nəqliyyat və energetika layihələrinin birgə həyata keçirilməsi həmin ölkələr arasında əməkdaşlığın prioritet istiqaməti olacaq". Türkmənistan Prezidenti Gürcüstan Prezidenti ilə danışıqlarda ticari-iqtisadi əlaqələrin inkişafı məsələsinə toxunaraq qeyd edib ki, energetika sahəsində Türkmənistan-Gürcüstan qarşılıqlı əlaqələri son vaxtlar xeyli fəallaşıb. O deyib: "Məlum olduğu kimi, Türkmənistan, Azərbaycan, Türkiyə və Avropa İttifaqı nümayəndələrinin iştirakı ilə bu ilin mayında Aşqabadda energetika sahəsində əməkdaşlığın inkişafı məsələlərinə dair dördtərəfli görüş keçirilib. Görüşdə enerji daşıyıcılarının Xəzər regionundan Qərb istiqamətində nəqlinə dair boru kəməri infrastrukturunun yaradılması planlarında iştirakı barədə Gürcüstanın təklifi ilə bağlı razılaşdırılmış mövqelər şərh edilib. Bu, son dərəcə perspektivli layihə təkcə ölkələrimizin maraqlarına cavab vermir, həm də enerji resurslarının daşınması sisteminin şaxələndirilməsi məsələlərinin hazırda aktual olduğu Avrasiya məkanının enerji təhlükəsizliyinin təmin olunmasına güclü təkan verəcək. Cənubi Qafqaz Xəzər-Qara dəniz nəqliyyat-tranzit dəhlizinin bir hissəsidir. Bu dəhliz Avropa, Yaxın və Orta Şərq dövlətləri ilə geniş regionlararası inteqrasiyanı təmin etməyə kömək göstərir". O xatırladıb ki, ötən ilin sentyabrında Aşqabadda Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan nəqliyyat dəhlizinin yaradılması məsələsinə dair dördtərəfli görüş olub.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info