Əli Abbasov Azərbaycanın narahatlığını Fransa tərəfinə çatdırıb
Tarix: 06.07.2015 | Saat: 18:34:00 | E-mail | Çapa göndər


Nazir Fransanın bir neçə şəhəri ilə qondarma "DQR" arasında "Dostluq və qardaşlaşma Xartiya"sının imzalanmasına etirazını bildirib

Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi yanında xarici ticarət, turizmin inkişafı üzrə dövlət katibi Matias Fekla ilə görüşü zamanı Fransanın bir neçə şəhəri ilə qondarma "Dağlıq Qarabağ Respublikası"nın bir neçə şəhəri arasında "Dostluq və qardaşlaşma Xartiya"sının imzalanmasına etirazını bildirib. Ə. Abbasov Fransa rəsmisinə imzalanan "sənəd"lə bağlı Azərbaycan tərəfinin narahatlığını çatdırıb: “Bu məsələ ilə bağlı biz Fransanın rəsmi mövqeyini bilmək istəyirik".
M. Fekla isə baş vermiş hadisənin bir daha təkrarlanmamasına çalışacaqlarını bildirib: "Fransanın Xarici və Daxili İşlər nazirlikləri bütün yerli İcra Hakimiyyəti orqanlarına rəsmi məktub göndərib. Həmin məktublarda sənədlərin qeyri-qanuni olduğu bildirilib. Bundan başqa, Fransa hökumətinin rəsmi mövqeyi də bütün icra hakimiyyəti orqanlarına çatdırılıb".
Qeyd edək ki, bu ilin may ayında Fransanın üç şəhəri ilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın üç şəhəri arasında "dostluq və qardaşlaşma xartiyası" imzalanıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info