Ermənistan polisi Baqramyan prospektindəki barrikadanı nəzarətə götürüb
Tarix: 06.07.2015 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


Ermənistan polisi paytaxtın Baqramyan prospektində etiraz aksiyası keçirən nümayişçilərdən yerli vaxtla saat 12:30-q qədər yolu boşaltmağı tələb edib.
“Novosti-Armenia”nın verdiyi məlumata görə, polisin bəyanatında bildirilir ki, nümayişçilər yolu könüllü açmasalar, bunu hüquq-mühafizə orqanlarının əməkdaşları edəcək: "Ermənistan polisi bu gün Baqramyan prospektində təxminən 2 həftədir dayandırılmış hərəkəti bərpa etməyə hazırlaşır. Həmçinin hərəkətə mane olan əşyalar da oradan götürüləcək. Polis sonuncu dəfə aksiyanın təşkilatçı və üzvlərini Baqramyan prospektini boşaltmağa çağırır. Əks halda, polis qanunun müəyyən etdiyi səlahiyyətlərindən istifadə edəcək”.
Vaxt tamamlandıqdan sonra polis zibil qablarından ibarət barrikadanı nəzarətə götürüb.
Xatırladaq ki, 4 iyun tarixində aksiyanın koordinasiya qrupunun nümayəndəsi David Sanasaryan bildirib ki, tələblərinin bu gün saat 21:00-a kimi yerinə yetirilməyəcəyi təqdirdə “İrəli addımla” adlı yeni aksiyalarına başlayacaqlar. Onlar özləri üçün barrikadaya çevirdikləri zibil qablarını hər gün daha da irəli aparacaqlarını bəyan ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info