Şen Yüeyüe: “İpək Yolu iqtisadi kəməri” ölkələrimiz üçün yeni imkanlar açacaq”
Tarix: 06.07.2015 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri, professor Hicran Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdə olub. Ümumçin Qadınlar Federasiyasının (ÜQF) dəvəti ilə reallaşan səfərin məqsədi ikitərəfli əlaqələrin genişləndirilməsindən ibarət olub.
Nümayəndə heyətinin tərkibinə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova, Bakı Dövlət Universitetinin (BDU) sosial və pedaqoji psixologiya kafedrasının müdiri, professor Kamilə Əliyeva, BDU-nun humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri, professor Ədibə Paşayeva, Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri, professor Reyhan Hüseynova, AQUPDK-nın xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Səbinə Manafova daxil olub.
Nümayəndə heyətinin Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədr müavini, Ümumçin Qadınlar Federasiyasının sədri xanım Şen Yüeyüe ilə görüşü keçirilib. Şen Yüeyüe bu ilin aprelində Federasiyanın nümayəndə heyətinin Azərbaycana səfərini xatırladıb, göstərilən diqqətə və qayğıya görə təşəkkürünü bildirib. Şen Yüeyüe ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirərək tarix boyu qədim İpək yolunun xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığını deyib, ÇXR Sədri Si Cinpinin təşəbbüsü olan “İpək Yolu iqtisadi kəməri”nin ölkələrimizin əməkdaşlığı üçün yeni imkanlar açacağına əminliyini bildirib.
Sədr müstəqillik illərində yeni mərhələyə qədəm qoymuş münasibətlərimizin daha da inkişafı üçün müvafiq qurumlar arasında ikitərəfli əlaqələrin dərinləşməsinin vacib olduğunu qeyd edib, xüsusilə, beynəlxalq çərçivədə birgə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin zəruriliyini vurğulayıb.
ÜQF-nin sədri Şen Yüeyüe Azərbaycanın qadın hərəkatı sahəsində təcrübəsinin maraq doğurduğunu bildirərək bu sahədə təcrübə mübadiləsinin və əlaqələrin daha da genişləndirilməsinin hər iki tərəf üçün faydalı olacağına inandığını bildirib. O, Çində qadın siyasəti sahəsindəki vəziyyət barədə danışıb, qadınların dövlətin və cəmiyyətin idarə edilməsində fəal rolu barədə məlumat verib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova dəvətə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
Azərbaycan rəhbərliyinin ÇXR ilə münasibətlərə böyük önəm verdiyini qeyd edən H.Hüseynova ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə görə Çin tərəfinə təşəkkür edib. O, Azərbaycanın ilk gündən Çinin “İpək Yolu iqtisadi kəməri” təşəbbüsünü dəstəklədiyini, Çinin təşəbbüsü ilə yaradılan Asiya İnfrastruktur İnvestisiya Bankının təsisçi-üzvlərindən biri olduğunu qeyd edib.
Komitə sədri son illər dinamik inkişaf edən Azərbaycanda hər sahədə olduğu kimi, qadın siyasətində də qazanılan uğurlardan danışıb, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət qadın siyasətinin müsbət nəticələri, ölkəmizdə qadınların siyasi, iqtisadi, humanitar, elmi və digər sahələrdə əldə etdikləri böyük nailiyyətlər barədə məlumat verib.
H.Hüseynova Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın aktiv fəaliyyəti, ölkəmizdə onun rəhbərliyi altında keçirilən beynəlxalq tədbirlər, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və birinci Avropa Oyunları haqqında danışıb. Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi qadın hərəkatı ilə bağlı bir çox qanunların, o cümlədən məişət zorakılığı və gender bərabərliyi haqqında qanunların təşəbbüskarı olduğu diqqətə çatdırılıb. Komitə sədri Pekində Qadın Məsələlərinə dair IV Ümumdünya Konfransının 20 illiyinin qeyd edilməsi ilə əlaqədar Azərbaycanın və Çinin birgə müxtəlif beynəlxalq təşəbbüslərlə çıxış etmək ideyasını irəli sürüb.
Azərbaycan nümayəndə heyətinin Ümumçin Qadınlar Federasiyasının sədr müavini xanım Men Siaosi ilə görüşündə konkret əməkdaşlıq istiqamətləri, o cümlədən qadın hüquqlarının müdafiəsi, qadınların məşğulluq məsələləri və digər mövzular müzakirə edilib. Çinin bu istiqamətlərdəki fəaliyyəti barədə ətraflı məlumat verən Men Siaosi ölkələrimizin qadın təşkilatları arasında münasibətlərin qurulmasında və inkişaf etdirilməsində Azərbaycanın Çindəki səfirliyinin də mühüm rolu olduğunu vurğulayıb.
AQUPDK-nın sədri H.Hüseynova Azərbaycanın qadın hərəkatı sahəsindəki təcrübəsi, qadınların ictimai həyata cəlb olunması üçün görülən işlər, əldə edilən nailiyyətlər barədə danışıb. O, Şen Yüeyüe və Men Siaosini Azərbaycana səfərə dəvət edib. Hər iki dəvət məmnunluqla qəbul edilib.
Nümayəndə heyəti səfər çərçivəsində Çin Qadın Akademiyasında da olub, həmçinin Çindao şəhərində yerli qadınlar təşkilatının sədri, şəhər rəhbərliyi ilə görüşlər keçirib. Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov görüşlərdə iştirak edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info