Ermənistan Rusiyadan 40 milyon dollar kredit alacaq
Tarix: 06.07.2015 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


Ermənistan “Suvarma sistemlərinin müasirləşdirilməsi” proqramı üçün Rusiyadan 40 milyon dollar kredit alacaq.
“Armtoday” saytının verdiyi xəbərə görə, Ermənistanın maliyyə naziri Qagik Xaçatryanın rəhbərlik etdiyi nümayəndə heyəti Avrasiya Stabilləşmə və İnkişaf Fondunun Moskvada keçirilən iclasında iştirak edib.
Fond Ermənistanın “Suvarma sistemlərinin müasirləşdirilməsi” layihəsinin maliyyələşdirilməsi üçün bu ölkənin müraciətini müsbət cavablandırıb. Kredit illik 2%-lə, ilk 10 ili güzəştli olmaqla, 20 il müddətinə verilib.
Səfər zamanı Q. Xaçatryan rusiyalı həmkarı Anton Siluanovla da görüşüb. Nazirlər Ermənistanın Gömrük İttifaqı və vahid iqtisadi məkana qoşulması üzrə tədbirlərin həyata keçirilməsi məqsədilə Ermənistan Maliyyə Nazirliyinə 14,1 milyon dollar əvəzsiz yardım ayrılması haqqında saziş imzalayıblar.
Xatırladaq ki, ötən həftə Rusiya ilə Ermənistan arasında bu ölkəyə 200 milyon dollar güzəştli kredit ayrılması haqqında saziş imzalanıb. Bu məbləğin Ermənistan ordusu üçün müasir silahlar alınmasına xərclənəcəyi açıqlanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
“Paşinyan Ermənistanı total diktaturaya doğru aparır”
20.05.2019
Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı keçirilib
20.05.2019
Yerevanda Paşinyanın tərəfdarları məhkəmə binalarını blokadaya alıb
20.05.2019
Marneulidə keçirilən seçkilərdə azərbaycanlı namizəd qalib gəlib
20.05.2019
Prezident Vladimir Zelenski Ukrayna xalqına sədaqət andı içib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info