“Atlantico”: “Avropa əhalisinin əksəriyəti özünü xoşbəxt saymır”
Tarix: 06.07.2015 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


“Gallup-Healthway”in mütəxəssisləri bununla bağlı 145 ölkə arasında sorğu keçiriblər

Fransanın “Atlantico” media qurumu Avropa əhalisinin xoşbəxtlik problemləri ilə bağlı maraqlı yazı yazıb. Yazıda bildirilir ki, “Gallup-Healthway” mütəxəssislərinin açıqlamasına görə, rifah indeksi müxtəlif ölkələrdə ona münasibətin necə olduğunu öyrənməyə imkan verir: “Məlum olur ki, varlı olmaq heç də həmişə xoşbəxtliyin qarantı deyil. Bunun bariz nümunəsi isə maliyyə baxımından irəlidə olan, amma dərin sosial təfriqələrə uğramış Avropadır.
“Gallup-Healthway”in mütəxəssisləri iyunun 23-də bütün dünya üzrə 145 ölkəni əhatə edən rifah indeksi ilə bağlı vəziyyəti elan ediblər. Siyahıda rifaha görə xoşbəxtlik siyahısında Amerika qitəsi gəlir – Amerika qitəsini təşkil edən ölkələrin əhalisinin 31 faizi hesab edir ki, onlara sorğuda təqdim edilmiş sahələrə görə vəziyyətləri əladır. Burada sahələr ictimai, maliyyə, şəxsiyyətlərarası və fiziki olaraq bölünür. Avropada isə bu barədə xoşbəxtliklərini əhalinin cəmisi 22 faizi təsdiq edib. Qalanları isə həyatlarından narazıdır. Qeyd edək ki, Yaxın Şərqdə və Şimali Afrikada əhalinin 15 faizi xoşbəxtliklə bağlı sualı müsbət qarşılayıb. Mərkəzi və Cənubi Afrikada isə bu göstərici 10 faizdir.

Avrozonada hazırkı iqtisadi situasiya da qitə əhalisinin əhvali-ruhiyyəsinə mənfi təsir edən amillər sırasındadır

İndividual reytinqdə isə Mərkəzi Amerika və Antil adaları liderlik edir: Panama, Kosta-Rika və Puerto-Riko əhalisi daha çox xoşbəxt olanlar sırasındadırlar. Bu açıq şəkildə göstərir ki, əhalinin xoşbəxtliyi təkcə Ümum Daxili Məhsulla ölçülmür. Yuxarıda göstərilən üç ölkə bütün xoşbəxtlik göstəricilərinə görə birinci yerləri paylaşırlar. Burada təkcə onların maliyyə göstəricilərinə münasibətləri istisnadır. Belə ki, onlar bu göstəriciyə görə 30-cü və 50-ci yerlər arasında gəlirlər. Bu həm də onu göstərir ki, həmin ölkələrin əhalisi pulu xoşbəxtlik üçün əsas saymırlar.
Ümumilikdə Avropa, özünün rifahından razılıq göstəricilərinə görə Şərqə daha yaxındır”.
Yazıda o da qeyd edilir ki, Avrozonada hazırkı iqtisadi situasiya da qitə əhalisinin əhvali-ruhiyyəsinə mənfi təsir edən amillər sırasındadır.
Həmçinin, heç də yekcins olmayan Avropada maliyyə göstəricilərinə görə qitənin cənubu daha pessimistdir. Fransa bu göstəriciyə görə 45-ci, İtaliya 38-ci, İspaniya 36-cı, Portuqaliya 74-cü, Yunanıstan isə 113-cü yerdədir. Ümumi xoşbəxtlik səviyyəsinə görə, Yunanıstan 111-ci yerdə gəlir ki, bununla da o, Fələstinlə Mali arasında yer tutur. Fransa isə ümumi xoşbəxtlik göstəricilərinə görə Rusiyadan 48 yer daldadır.
O da qeyd edilir ki, bu cür Avropa parçalanması və təfriqəsi barədə hələ öncəki sorğular, o cümlədən, “Pew Research” amerikan mərkəzi də gerçəklikləri ortaya çıxarmışdı. Fransızların yalnız 14 faizi, italyanların isə 12 faizi deyir ki, onların ölkələrində vəziyyət xoşbəxtlik baxımından yaxşıdır. Bu tendensiya əsasən, 2008-ci il maliyyə böhranından sonra formalaşıb.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info