“Sunami” uşaq Futbol Klubunun fəaliyyətə başlamasından bir il ötür
Tarix: 06.07.2015 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


Şimal Regional Futbol Federasiyasının nəzdində fəaliyyət göstərən 4-6 yaşlı uşaqların məşq etdiyi “Sunami” uşaq Futbol Klubunun (FK) fəaliyyətə başlamasından bir il ötür. Xatırladaq ki, Sumqayıtda fəaliyyət göstərən “Sunami” Azərbaycanda yeganə məktəbdir ki, 4-6 yaşlı uşaqlara futbolun sirlərini öyrədir. Məktəbdə 45 dəqiqə məşq edən azyaşlı futbolçular, daha sonra isə 15 dəqiqə futbol oynayırlar. Həftədə 3 dəfə məşq edilir. “Sunami” FK-nın baş məşqçisi Tağı Məmmədov, köməkçisi Emin Hüseynov, qapıçılar üzrə məşqçi isə İsmayıl Kərimovdur. Layihə ilə bağlı danışan baş məşqçi Tağı Məmmədovun sözlərinə görə, Azərbaycanda ilk və yeganə məktəbdir ki, bu yaş qrupunda uşaqlara futbol dərsi keçilir: “Bilirsiniz ki, futbola nə qədər tez başlanılsa bir o qədər yaxşı olar. Təsəvvür edin ki, 4-5 yaşından məşq edən uşaq 12 yaşında hansı səviyyədə olacaq. Yəni 8 və ya 10 yaşında futbola gələnlərlə 4-5 yaşında məşqə başlayan uşaqlar arasında ciddi fərqlər olacaq. Uşaqların dünyagörüşünün formalaması da diqqətimizdən kənarda qalmır. Mütəmadi olaraq yoldaşlıq oyunları keçiririk. Digər maraqlı layihələrimiz də var. Çalışırıq ki, Azərbaycanda futbolun inkişafına töhvə verək, güclü futbolçular yetişdirək”. Klub uşaqların açılışması, dünyagörüşünün artması istiqamətində də iş aparır. Bu məqsədlə mütəmadi olaraq yoldaşlıq görüşləri də keçirilir. Belə oyunlardan biri də Şamaxıda baş tutub. Şamaxıda əyləncə xarakterli görüşdə “Sunami”nin heyətində Əli Bayramov, Əkbər İbrahimli, Zakir Hüseynov, Fərid Əhmədov, Əli Həsənli, Ramazan Abışov, Aslan Qurbanlı, Nurlan Quluzadə, Hüseyn Kərimov, Əli İsrafilov, Ülvi Balaşov və Ramal Quliyev çıxış ediblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
UEFA Avropa Liqasının bütün yarımfinalçıları məlum olub
19.04.2019
Futbol üzrə Şotlandiya millisinin baş məşqçisi istefa verib
19.04.2019
Ronaldo gələn il Turin klubundan ayrıla bilər
18.04.2019
Mourinyo: Messini qəfəsə salmaq lazımdır
18.04.2019
İtaliya futbolçusu “Qızıl buts”a namizədlərin sırasında

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info