Lənkəranda konfrans keçirilib
Tarix: 06.07.2015 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


Lənkəran rayonu Ləj kənd məscidi dini icmasının həyata keçirdiyi "Milli-mənəvi dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində növbəti konfrans keçirilib.
Layihə Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılmış maliyyə vəsaiti hesabına həyata keçirilir.
Tədbirdə DQDK-nın Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Lənkəran üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə ilə yanaşı dindarlar, kənd sakinləri, xüsusilə də gənclər iştirak ediblər.
Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov "Milli-mənəvi dəyərlərimizi qoruyaq" layihəsinin məqsəd və vəzifələri haqqında məlumat verərək bildirib ki, möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq sərəncamı əsasında maliyyələşən layihə çərçivəsində milli-mənəvi dəyərlərin gənclər arasında təbliği və dini maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində bir sıra işlərin görülməsi nəzərdə tutulur. "Tolerantlıq və birgə yaşayış anlayışı" mövzusunda çıxış edən şöbə müdiri Azərbaycanda tolerantlığın tarixi köklərindən, müxtəlif konfessiyaların nümayəndələrinin illər boyu ölkəmizdə əmin-amanlıq şəraitində yaşadığından bəhs edib.
Daha sonra QMİ-nin Lənkəran şəhəri üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadənin "Dövlət-din münasibətlərində milli-mənəvi dəyərlərimizə qayğı", Ləj kənd məktəbinin direktoru İlkin Yaqubovun "Gənclər və təhsil" və Ləj kənd məscidinin axundu Samid Quliyevin "Milli bayramlarımız" mövzularında çıxışları dinlənilib.
Layihə çərçivəsində mütəxəssislər "Alkoqollu içkilər və onun zərərli təsirləri barədə", "Vətənpərvərlik və şəhidlik", "Ümummilli Lider Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz", "Ailə dəyərlərimizi qoruyaq", "İslam Peyğəmbərinin əxlaqı", "Erkən nikah və onun acı nəticələri", "Azərbaycanda ənənəvi dindarlıq", "Dövlət-din münasibətlərində milli-mənəvi dəyərlərimizə qayğı", "Azərbaycan tarixi" və başqa mənəvi dəyərlərimizin qorunmasına, gənclərimizi milli ənənələrimizə zidd olan vərdişlərdən və qeyri-ənənəvi cərəyanların təsirindən qurtarmağa xidmət edən mövzularla bağlı çıxış ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info