Heydər Əliyev prospektində yerüstü piyada keçidlərinin üzlükləri yenilənir
Tarix: 06.07.2015 | Saat: 22:40:00 | E-mail | Çapa göndər


Bakının Heydər Əliyev prospektində yerüstü piyada keçidlərinin üzlükləri yenilənir. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən verilən məlumata görə, ASC tərəfindən paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti işləri həyata keçirilir.
Bu işlər çərçivəsində Heydər Əliyev prospektində, daha dəqiqi, Böyük Şor yol qovşağından Hava limanı qovşağınadək olan hissəsində yerləşən yerüstü piyada keçidlərinin üzlüklərinin yenilənməsi işlərinə aparılır. Sözügedən yolda yerləşən 6 yerüstü piyada keçidinin köhnəlmiş üzlüklərinin sökülməsi işlərinə start verilib. Söküntü işləri başa çatandan sonra piyada keçidlərinə yeni müasir üzlüklər vurulacaq. Təmir işləri zamanı keçidlərin işıqlandırma sistemi də tam olaraq yenilənəcək.
İşlər tərtib olunmuş qrafikə əsasən həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılacaq. Yerüstü piyada keçidlərinin üzlüklərinin yenilənməsi işləri zamanı yaranan müvəqqəti narahatlığa görə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC vətəndaşlardan üzr istəyir.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Tümen vilayəti Azərbaycanla ikitərəfli sazişlər imzalamağı planlaşdırır
21.09.2018
2 mindən artıq insanı mövsümi işlə təmin edən müəssisə, ilk müasir kənd təsərrüfatı kompleksi
21.09.2018
Stavropol şirkətləri məhsullarını Azərbaycana ixrac etmək üçün tərəfdaş axtarır
21.09.2018
Azərbaycanla Avstriya nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradacaq
21.09.2018
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə iclas keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info